13 Avqust 2020 15:58

ABŞ bu dərmanın dünyadakı bütün ehtiyatlarını aldı

Amerika Birləşmiş Ştatları koronavirus xəstələrinin müalicəsində istifadə edilən “Remdesivir” adlı dərmanın dünya ehtiyatının 90 faizini alıb.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb. O, dərmanın əla təsir etdiyini və buna görə prezident administrasiyasının dərman ehtiyatlarına nəzarəti təmin etdiyini qeyd edib.

Mediada yayılan məlumatlara görə, ABŞ üç ay əvvəl “Remdesivir”in demək olar ki, bütün hissəsini satın alıb. Odur ki, yaxın gələcəkdə digər ölkələr dərmanı kifayət qədər miqdarda ala bilməyəcək.

ABŞ, Yaponiya, Cənubi Koreya, Hindistan, İsrail, Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə “Remdesivir” koronavirus xəstələrinin müalicəsində istifadə üçün rəsmi olaraq təsdiq edilib. Sözügedən dərman vasitəsi Hepatit C və digər xəstəliklərin müalicəsi üçün hazırlanıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Sumiya Svaminatan “Remdesivir”i koronavirusun yeganə ümidverici müalicəsi adlandırmışdı. Onun sözlərinə görə, yalnız bu preparat antiviral dərmanların sınağında COVID-19-a qarşı müsbət nəticə göstərib. Svaminatan qeyd edib ki, dərman xəstəxanaya yerləşdirilmələrin sayını azaldır.

May ayında ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri bəyan etmişdi ki, “Remdesivir” COVID-19 xəstələrində sağalma prosesini sürətləndirir. Dərman ölüm hallarını da azaldır. Belə ki, eksperimental qrupdakı xəstələr arasında ölüm nisbəti 7,1 faiz təşkil edib. (publika.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri