10 Avqust 2020 05:25

“Çox istərdim növbəti gəlişlərimizdə Qarabağa səfər edək” – Quzey Kıbrısın Azərbaycandakı səfiri

Şimali Kipr Türk Cümhuriyətinin (Quzey Kıbrıs) Azərbaycandakı təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer xanım ölkəmizdə fəliyyət göstərdiyi dörd ildə ikitərəfli əlaqələrdə çox böyük uğurlara imza atdı. Ən başda da Azərbaycanda bizdən birimiz oldu. Açığı bu dörd il yarım necə keçdi, heç bilmədim. Bu illərdə onunla çoxsaylı görüşlərim, müsahibə və reportajlarım oldu. Bu dəfə isə vida görüşü demək olardı.

Versus.Az-a müsahibə verən Ufuk xanımla Şimali Kiprin Azərbaycandakı səfiri kimi son görüşümüz. Ufuk xanımın Bakıdakı diplomatik missiyası başa çatıb və iyulun 29-da Lefkoşaya dönəcək.

– Ufuk xanım, bilirəm ki, bu dörd il yarımda həm siz, həm övladlarınız Latifə və Soner Azərbaycanı çox sevdiniz. Çox müddət olmasa da, ömrünüzün bir parçasıdır. Bəlkə şablon sualdır, Bakıdan hansı hisslərlə ayrılırsınız?

  Azərbaycanda keçirdiyim dörd il yarım həyatımda çox böyük izlər buraxdı. Təkcə mənim üçün yox, elə ailəm üçün də ömrümüzün ən gözəl illərinə çevrildi. Azərbaycanda fəaliyyət göstərməkdən, Şimali Kipri burada təmsil etməkdən, tanıtmaqdan çox böyük qürur duydum. Azərbaycan bizə ən yaxın qardaş, dost ölkədi. Burada olduğum müddətdə bunu hər addımda hiss etdim, gördüm. Umid edirım ki, bizim mövcud əlaqələrimiz getdikcə daha da möhkəmlənəcək, iki ölkə arasında yeni səhifələr açılacaq. Biz türklər harada yaşamağımızdan asılı olmayaraq, bir-birimizə kömək etməli, dəstək olmalıyıq. Çünki biz birik, bir-birimizə ayrılmaz bağlarla bağlıyıq. Şimali Kipr kimi Türkiyə, Azərbaycan mənim öz vətənimdir.

– Bakıda, Azərbaycanda hər kəs sizi çox sevdi. Bunu Şimali Kipr adına düzənlədiyiniz tədbirlərdə, eyni zamanda qatıldığınız müxtlif qəbullarda, konfranslarda, ziyafətlərdə də görmək mümkündur.

 – Doğru, dörd il yarımlıq fəaliyyətim müddətində Azərbaycanın çox dəyərli, gözəl, vətənpərvər insanları ilə tanış oldum. Onların hər birini tanımaqdan çox şad oldum. Şimali Kipr diplomatı, təmsilçisi olaraq da Bakıdan yaddaqalan məqamlarla, minnətdarlıqla ayrılıram. Arzu edirəm, Azərbaycanın torpaqları tez bir vaxtda işğaldan azad olunsun, torpaq bütünlüyü təmin edilsin. Son günlər ermənilərin Tovuza hücumu, baş verənlər bizi də çox üzdü. ALLAHDAN bütün Şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun.

Azərbaycandan diplomat kimi ayrılıram. Amma könüldən bağlı olduğum bu gözəl ölkəyə ailəmlə yenə gələcəyik. Çox istərdim növbəti gəlişlərimizdə Qarabağa, işğaldan azad edilən gözəl torpaqlara səfər edək. Qarabağın tarixi, gözəl bir yer olduğunu bilirəm. Azərbaycanlı dostlarla söhbətdən, oxuduqlarımdan, izlədiklərimdən bu nəticəyə gəlmişəm ki, o torpaqların hər qarışı tarix olmaqla bərabər, həm də cənnətdir. Tam səmimiyyətlə deyirəm, sizin kimi Şimali Kipr də bu vəziyyətdə çox narahatdır və qardaşlarımızın yanındayıq.

– Şimali Kipr neçə illərdir mücadilə verir, ayaqdadır, müstəqil dövlətdir. Təəssüf ki, Türkiyədən başqa müstəqilliyini heç bir ölkə tanımır. Təbii, bu sizin potensialınızı göstərməyə, başqa ölkələrlə müxtəlif sahələrdə ikitətəfli əlaqələr qurmanıza mane olur, çətinlik yaradır…

 – Əlbəttə, biz ölkəmizin tanınmasını, Kuzey Kıbrıs Türk Cümhuriyətinin diplomatik olaraq tanınmasını arzu edirik, uzun illərdir bunun üçün mübarizə aparırıq. Bizi ilk və tək tanıyan ölkə ana vətənimiz Türkiyədir. Bilirsiniz, uçuşlar yalnız Türkiyə üzərindən həyata keçirilir. Ona görə imkanlarımızdan istifadə etməkdə, digər ölkələrlə ikitərəfli əlaqələr qurmağda çətinlik çəkirik. Bütün bunlara baxmayaraq, Şimali Kiprin dünyanın çox sayda ölkələri ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələri var və inkişaf edir. Bizim mücadiləmiz ölkəmizin müstəqilliyinin tanınması və barış, sülh içərisində yaşamaqdır. Bir gün Kuzey Kıbrıs Türk Cümhuriyətinin bütün dünya ölkələri tərəfindən tanınacağına inanırıq. Başda da qardaş Türk Cümhuriyətlərinin tanıyacağına əminik.

Ağanisə Sultan
Versus.az   

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri