05 Avqust 2020 06:20

İstifadə edilmiş maskaları küçəyə atanlar niyə cərimə olunmur…

Xəstəlikdən yox, cərimədən qorunmaq üçün ölüm saçan maskalar

Əvvəllər ekologiyanı plastik tullantılar çirkləndirirdi, indi istifadə olunmuş maska və əlcəklər. ÜST-ün məlumatına görə, pandemiya elan edildikdən sonra təbiətə 129 milyon ədəd maska tullantı şəklində atılıb.

Bu problem Azərbaycandan da yan keçməyib.Karantin dövründə maskaların istifadəsinin məcburi elan edilməsi ilə maska dondan-dona büründü. O gah qiymətə minib tapılmaz oldu, gah da ayaqlar altına altna alındı. Bizdə zibili zibilqabına atmaq mədəniyyəti çox az inkişaf etdiyinə görə, xüsusən paytaxtımızda yeriyərkən hər addımbaşı istifadə edilib, küçəyə atılmış maskaya rast gəlmək olar. Və demək olar ki, heç kim də ayaqlayıb keçdiyi bu virus mənbəyinə təhlükə kimi baxmır. Dünyanı milyard dollarlarla ziyana salmış, hər evə, hər ailəyə zərbə vurmuş bu xəstəliyin gözlə görünən daşıyıcısına, istifadə olunmuş maskalara qarşı bu etinasızlıq nə üçündür? Madam bu xəstəlik bu qədər yoluxucudur, qorxuncdur, bəs niyə maskaların küçəyə tullantı olaraq atılmasına cərimə yazılmır?

Deyəcəksiniz ki, cərimə yazmağa səbəb az idi, biri də bu olsun? Bəli, olsun. Ömrümüzü, günümüzü karantinə yedizdiririk, kimlərinsə laqeyd davranışına görə, evimizdə həbs müddətimiz uzandıqca uzanır, maskasız çölə çıxan insanlara cərimə yazıldığı kimi, potensial xəstəlik daşıyıcısı olan maskaların da açıq şəkildə hara gəldi atılması üçün cərimə tətbiq olunmalıdır. Biz onların xəstə və ya sağlam insanlar tərəfindən atıldığını bilmirik, üzərindəki virusun neçə saat qala biləcəyindən bixəbərik, quşlar, itlər, pişiklər toxunur. Onları yığmağa məcbur qalan kommunal işçilər, süpürgəçilər açıq təhlükə qarşısında qalır.Niyə özümüzə qənim kəsilmişik?

Karantin müddəti yeni başlayanda efir vasitəsilə çox məşhur həkimlərimizdən biri bildirdi ki, bu xəstəliyə hamı yoluxacaq, sadəcə çalışıb ən gec yoluxanlardan olmaq lazımdır.Çünki, ona qədər infeksiya zəifləyə və ya kütləvi immunitet yarana bilər.Pandemiya ölkəmizə yeni sıçrayarkən biz hamımız ona qarşı əlahiddə tədbirlər görməyə başladıq. Marketlərdən evə gələn plastik torbaları belə spirtləmədən evə almaz, ağlımıza gələn hər şeyi dezinfeskiya edərdik. Elə xəstəxanalar da elə. Sonra sanki qorxuyla yaşamağa alışıb, başını buraxdıq.İndi bir çox xəstəxanalarda belə bəzən maskalardan istifadə edilməməsinin şahidi oluruq.İstifadə edənlərin də çoxusu bunu xəstəlikdən yox cərimədən qorunmaq üçün istifadə edir. Ona görə təkrar istifadə edənlər də var, evdə digər ailə üzvlərinə məxsus istifadə olunmuş maskanı işlədənlər də. Çoxları bunu başqasının çeynədiyi saqqızı onun ağzından alıb çeynəmək kimi bir şey olduğunu anlamır.

Qanunla pandemiya dövründə ölkəmizdə tibbi tullantılara necə nəzarət edilməlidir?

Bakı şəhərinin inzibati ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşdırılmış Sanitariya – Təmizlik və Kommunal Xidmətlər İdarəsinə həvalə edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.

“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Elmar Məlikovun Bizimyol.info-ya açıqlamasına görə, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Onlara tibbi tullantılar TƏBİB tərəfindən təhvil verilir. TƏBİB-dən başqa onlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tibbi tullantı daxil olmur. Koronavirusun yayılmasından sonra Mənzil-Kommunal Təsərrüfatı İdarələrinə verilən xüsusi tapşırığa görə, tibbi tullantılar xüsusi ayrılmış sallofan torbalara doldurularaq yandırılır.

Vətəndaşlardan isə rica olunur, tibbi tullantıları, xüsusilə istifadə olunmuş maskaları sallofan paketlərə qoymadan zibil qablarına atmasınlar.Əks halda karantinli günlərin ömrü hələ uzun olacaq.  /bizimyol.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin