12 Avqust 2020 14:07

Xaricdə virusdan vəfat edənlərin Azərbaycana gətirilməsinə QADAĞA?

Xəbər verildiyi kimi, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.

İlham Rəcəbov bir ay əvvəl koronavirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də, vəziyyəti pisləşdiyi üçün bir neçə gün əvvəl Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Türkiyədə də dəfn olunub.

Maraqlıdır, xarici ölkədə koronavirusdan vəfat edən şəxsin ölkəyə gətirilməsinə qadağa varmı?

Turkustan.info bildirir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Bilriyi (TƏBİB)-in mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında belə bir qadağanın olmadığını deyib:

“Xaricdə koronavirusdan dünyasını dəyişən azərbaycanlının ölkəyə gətirilməsi qadağası yoxdur. Sadəcə, bu proses müəyyən şərtlər altında həyata keçirilir. İstər daxildə, istərsə də xaricdə bu işlə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi məşğul olur”.

Məlumat üçün bildirək ki, koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru belədir:

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir. COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Müvafiq qaydalara uyğun prosedurlar həyata keçirilməli, COVID-19 xəstəliyindən ölənlərin ölüm səbəbi yoluxucu xəstəlik olduğundan cənazələrinin ölkə xaricində və ölkə daxilində hava yolları ilə nəqli bu meyara uyğun olmalıdır. Hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Şübhəli/təsdiqlənmiş COVID-19 infeksiyası olmadan digər səbəblərdən ölən insanlara tətbiq olunan metod və qaydalar: Dəfn prosedurları, şübhəli/təsdiqlənmiş COVID-19 istisna edilərək digər səbəblərdən baş vermiş ölüm hallarında standart prosedurlarla davam etdirilməlidir. Bununla birlikdə, COVID-19 şübhəsi ölünün müayinəsini həyata keçirən həkim tərəfindən qiymətləndirilir. COVID-19 pandemiyası səbəbindən bütün ölüm hallarında ölünün müayinəsi əsnasında fərdi qoruyucu tədbirlərin görülməsi vacibdir.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri