04 Avqust 2020 18:35

“Azərbaycan qəhrəmanı” adlı onlayn düşərgəyə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan qəhrəmanı” adlı düşərgəyə yekun vurulub.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən Turkustan.info-ya bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsidir. Düşərgənin proqramına “Ölkənin tarixi”, “İlk tibbi yardım”, “Ərazidə sağ qalmaq”, “Səmti müəyyənetmə”, “Sağlam həyat tərzi”, “Döyüş sənəti növləri”, “Şahmat”, “Məntiqi kvest”, “Kosmik texnologiyalar” və “Liderlik” kimi 10 fərqli istiqamət daxil edilib. Virtual düşərgəyə Bakı şəhəri və respublikamızın regionları ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan ümumilikdə 100 nəfər 12-15 yaşlı azərbaycanlı uşaqlar qatılıb.

Layihə çərçivəsində gənclərə Qarabağ müharibəsi veteranları, Xalq yazıçıları, alpinistlər, Avropa və dünya çempionları, respublikanın tanınmış müəllimləri də daxil olmaqla peşəkar təlimçilər tərəfindən təlimlər keçirilib.

Yeddi gün davam etmiş virtual düşərgədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi, Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli, Azərbaycan Taekvando Federasiyasının milli məşqçisi və hakimi, beynəlxalq dərəcəli 3-cü Dan qara kəmər sahibi Seymur Şahbazov, Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının üzvü Süleyman Əliyev, Beynəlxalq Astronavtika Federasiyasının 2023-cü il Konqresinin həmsədri, “Azərkosmos” MMC-nin Kosmik Texnologiyanın tətbiqi üzrə məsləhətçisi, Kembric Astronomiya, Astrofizika və Kosmik elm nəşriyyatı üzrə məsləhət şurasının üzvü Rüstəm Rüstəmov, böyük peyk mühəndisi Rüstəm Zalıyev, Tusi-Bohm planetariumun rəhbəri Famil Mustafa, həkim İmran Orucov və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tərəfindən təlimlər təşkil edilib.

Sonuncu gün Xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Alpinizm Federasiyasının prezidenti, Himalayın səkkiz min metrlik zirvələrini fəth etmiş ilk azərbaycanlı, Azərbaycan alpinizm tarixinin ilk “Qar bəbiri” fəxri adını qazanmış, Şimal qütbünün ilk fəthçisi və Antarktidanın ən hündür nöqtəsində Azərbaycan bayrağını ucaltmış ilk azərbaycanlı İsrafil Aşurlu ilə onlayn görüş keçirilib.

Virtual layihə çərçivəsində Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların adlarını daşıyan komandalar arasında “Səmti müəyyənetmə”, “Kosmik texnologiyalar”, “Məntiqi kvest” istiqamətləri üzrə müsabiqələr keçirilib, “Döyüş sənəti növləri” – taekvando istiqaməti üzrə seçilən iştirakçılar sarı kəmərə layiq görülüb, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.

Təlimin sonunda iştirakçılar “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünü dayandırın!”, “Qarabağa azadlıq!”, “Məcburi köçkünlər doğma yurdlarına qaytarılsın!” və sair şüarlar yazılan plakatlar hazırlayaraq dünya ictimaiyyətinə səsləniblər.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin