30 Noyabr 2020 03:18

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır – NASA

84-190 metr diametri olan PQ1 asteroidi Yer kürəsinə yaxınlaşır.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik İdarəsi (NASA) məlumat yayıb.

Kosmik cismin avqustun 5-də Bakı vaxtı ilə saat 20: 35-də Yerə mümkün qədər yaxınlaşacağı qeyd olunur.

Planetimizdən 3,2 milyon km məsafədə 13.4 km / s sürətlə uçacaq.

Növbəti dəfə bu asteroid Yerə 10 avqust 2137-ci ildə yaxınlaşacaq.

Asteroid 2009 PQ1 14 avqust 2009-cu ildə aşkar edilib, Apollo qrupuna aiddir.

Günəş ətrafında 669 gün fırlanır.   /konkret.az/

Paylaş: