04 Avqust 2020 13:04

Azərbaycan-Türkiyə təlimlərindən qorxan Ermənistan İrandan imdad dilədi – FOTO

Tovuzda aldığı ağır zərbələrin ardınca, Azərbaycan-Türkiyə hərbi təlimləri ilə üzləşən Ermənistan sığınmaq üçün yeni hamilər axtarır. Bu dəfə rəsmi İrəvanın pənah apardığı ölkə İran olub. 

Ermənistanın müdafiə naziri David Tonoyan İran İslam Respublikasının bu ölkədəki səfiri Abbas Badaxşan Zohuri ilə görüşüb.

Turkustan.info Ermənistan mediasına istinadla xəbər verir ki, görüşdə İranın İrəvandakı hərbi ataşşesi polkovnik Mehdi Heyat Vejdan da iştirak edib.
Görüşdə son zamanlar Azərbaycanla Ermənistan sərhədində başı verən hərbi əməliyyatlar müzakirə edilib.
Bildirilir ki, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri də diqqət mərkəzində olub. Erməni tərəfi İran səfirinə bildirib ki, bu kimi  təlimlər regional təhlükəizliyə, bölgədə sabitliyin perspektivinə təhlükə yaradır.

Qeyd edək ki, Ermənistan müdafiə naziri dünən Fransa səfiri ilə də eyni mövzuda görüş keçirib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin