06 Avqust 2020 01:40

Azərbaycanda karantin yumşaldılır? – Vəziyyət stabilləşib

“Azərbaycanda koronavirusun alovlanması may ayından başladı, son iki həftə ərzində isə vəziyyət stabilləşib”.

Turkustan.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

O bildirib ki, son iki həftə ərzində xəstəliyə yoluxma halı 27 % azalıb: “Biz səfərimiz zamanı Operativ Qərargahın rəhbərliyi, dövlət məmurları, səhiyyə işçiləri ilə 50-yə yaxın görüş keçirdik. Səfərimizin məqsədi cari vəziyyəti təhlil etmək idi. Aidiyyəti şəxslərin bizə verdikləri məlumatlarda olduqlarına görə təşəkkür edirik. Missiya zamanı kifayət qədər maliyyə və insan resursunun pandemiya ilə mübarizəyə ayrıldığını gördük. Bütün nazirliklər və agentliklər öz fəaliyyətlərini kommunikasiya edir. ÜST yenə də texniki dəstək göstərməyi davam etdirəcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva çimərliklərin, rayonlara gediş-gəlişin açıla bilmə ehtimalından da danışıb. O, bildirib ki, bütün bu məsələlərlə müzakirə mərhələsindədir və yekun qərar verilən kimi bu ictimaiyyətə açıqlanacaq.   /baku.ws/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin