04 Avqust 2020 12:19

“Aşıq Şəmşir” Ocağı Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə 500-dən artıq aztəminatlı kəlbəcərli ailə, o cümlədən Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri ilə görüş keçirib.

İctimai Birlikdən Turkustan.info-ya bildiriblər ki, “Aşıq Şəmşir” Ocağının fəalları görüş iştirakçılarını təşkilatın rəhbərliyi adından salamlayıb və bayram münasibətilə onları təbrik ediblər.

Görüşlərdə iştirak edən aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, eyni zamanda, Qarabağ müharibəsi veteranları və əlillər dövlətimizin başçısı İlham Əliyevin bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyətini xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də mütəmadi olaraq, xüsusilə əlamətdar günlərdə, bayramlarda qaçqın və məcburi köçkünləri, müharibə veteranlarını, şəhid ailələrini, əlilləri ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olurlar.

Dövlətə, Prezidentimizin yürütdüyü siyasətə daim sadiq olduqlarını bildirən kəlbəcərlilər dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlarına və müqəddəs bayramları öz yurd-yuvalarında qeyd edəcəklərinə inandıqlarını əminliklə bəyan ediblər.

Görüşlərdə hər bir aztəminatlı ailənin, şəhid ailəsinin, müharibə veteranının və əlillərin problemləri və istəkləri diqqətlə dinlənilib, 500-dən artıq aztəminatlı kəlbəcərli ailəyə, o cümlədən Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin bayram sovqatları təqdim olunub.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin