08 Avqust 2020 22:44

“Azərbaycan kinosu mədəniyyət tariximizə unudulmaz səhifələr yazıb” – Qənirə Paşayeva

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Bugün Azərbaycan Respublikasında Milli Kino Günüdür. Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü, təqvimimizin əlamətdar günlərindəndir.

Azərbaycan kino sənəti mədəniyyət tariximizə unudulmaz səhifələr yazaraq, onilliklər ərzində xalqımızın mədəni irsinin tətbiqi və təbliği, yeni yaradıcılıq üfüqlərinin müəyyənləşdirilməsi, cəmiyyətin mədəni səviyyəsinin yüksəldilməsi – soydaşlarımızda milli-mənəvi dəyərlərə sayğı, Vətənə sədaqət hisslərinin aşılanmasında əvəzsiz rol oynayıb. İstər səssiz, istər səsli, istər rəngsiz, istərsə də, rəngli mərhələləri özündə ehtiva edən, böyük inkişaf yolu keçmiş milli kinomuz, özəlliklə, XX yüzilliyin 60-70-ci illərində intibah dövrü yaşayıb. Mili kino sənətimizin inkişafında, yeni mədəniyyət işçiləri, ssenaristlər, rejissorlar, kinoşünaslar, kino xadimləri… nəslinin yetişməsində, kinematoqrafçıların yaradıcılıq potensiallarının gerçəkləşməsində, mədəniyyətin etibarlı himayəçisi, sənətiçilərin böyük dostu, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyevin bu sahəyə, ümumən mədəniyyətə xüsusi diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri araya-ərsəyə gətirilib. Sovetlərin sonu, müstəqilliyimizin ilk illəri respublika həyatının bir çox sahəsinin, eləcə də, kino sənətinin çətin dövrü olub; lakin sənətə qəlbən bağlı insanların, fədakar kino xadimlərinin çətinliklərə baxmayaraq, öz sənət kredosuna sadiq qalması, öz işlərini tərk etməməsi minnətdarlıqla qeyd olunmalıdır. Ümummilli liderin ikinci dəfə ali hakimiyyətə gəlişi ilə mədəniyyət təsərrüfatımız da canlanıb, kinoya dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, çox hörmətli Mehriban xanım Əliyevanın bütün əməli fəaliyyət sahələri kimi, kino təsərrüfatına da diqqət və qayğısı yeni uğurların zəmanətçisidir. Mili kinomuzun klassiklərini rəhmətlə anır, yaşayan sənətçilərimizə möhkəm can sağlığı arzulayır, kinomuzun inkişafı üçün çalışan hər kəsə yeni uğurlar diləyirəm!

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri