26 Sentyabr 2020 20:16

“İkisi də Putinin maşasıdır” – Saakaşvilidən ŞOK AÇIQLAMA

“Bütün siyasi karyeram boyu Gürcüstan və Ukraynada ABŞ-ın möhkəm müttəfiqi olmuşam. Məni demokratiyanın Putin və onun oliqarxları tərəfindən mühasirəyə alındığı bu bölgədə Amerika tərəfdarı kimi qəbul edilmişəm”.

Turkustan.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili Gürcüstandakı Bidzina İvanişvili rejiminin birbaşa Kremlin nəzarətində olduğunu, Baş nazir Georgi Qaxariyanın bu rejimin “əsas kuklası” olduğunu bildirib:

“Parlament seçkilərinə üç ay qalmış Gürcüstan yol ayrıcındadır. İllərdir aparılan sorğuların nəticəsi Gürcüstan xalqının Qərbyönümlü və xüsusilə Amerikan tərəfdarı olduğunu göstərir. Lakin Qaxariyanın başçılıq etdiyi və rus oliqarxı İvanişvilinin nəzarətində olan Gürcüstan hökuməti 2012-ci ildən bəri ardıcıl və birmənalı şəkildə nümayiş etdirdi ki, gürcü xalqının istəklərini nəzərə almadan Gürcüstanı yenidən Kremlin təsir dairəsinə sürükləyəcəklər”.

Keçmiş prezident İvanişvilinin ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən Anakliya liman layihəsinin Kremlin tapşırığı ilə məhv etdiyini bildirib:

“Bununla İvanişvili və Qaxariya birbaşa Rusiyanın maraqlarına uyğun hərəkət etdilər – Vaşinqtonun xəbərdarlıqlarına məhəl qoymadılar. Bu yalnız bir nümunədir, daha çox şey var. Amerika niyə Gürcüstandakı nüfuzunu itirir? Çünki rus oliqarxları diplomatik dili başa düşmürlər. Onlar Qərb tərəfdaşlarının diplomatik açıqlamalarına qulaq asmırlar; Qaxariya və İvanişvili yalnız Moskvaya cavab verir. Buna görə də onlarla danışmaq ABŞ üçün vaxt itkisidir”.

Saakaşvili Gürcüstan xalqının artıq baş verənləri çox yaxşı bildiyini söyləyib: “Artıq birmənalı mövqe tutmağın vaxtı gəlib. Bu seçkidə Moskvanın kuklaları yenidən qalib gəlsələr, bu, ABŞ üçün dağıdıcı zərbə olacaq”.

Keçmiş prezident Gürcüstan xalqını xarici ölkənin əlində maşa olan İvanişvili rejimi ilə mübarizəyə çağırıb.   /Teleqraf.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri