27 Sentyabr 2020 14:04

“Rusiya Paşinyandan daha bir zərbə aldı” – POLİTOLOQ

Ermənistan prezidenti Armen Sarkisyan ölkə ərazisində xarici dövlətlərin, o cümlədən Rusiyanın televiziya kanallarının yayımlanmasını qadağan edən sərəncam imzalayıb. Bildirilir ki, sərəncamın əsas məqsədi ölkə əhalisinin etibarlı və düzgün məlumat almasını təmin etmək, söz və mətbuat azadlığını qorumaqdır. Qadağalar Rusiyanın Ermənistanda sərbəst yayımlanan bütün kanallarına şamil olunub. Bu qadağalar xarici telekanallar sırasında yalnız “Mir” dövlətlərarası televiziya kanalına şamil edilməyib.

“Rusiya Paşinyandan daha biz zərbə aldı” – POLİTOLOQ

Bununla bağlı konkret.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya qeyri-rəsmi yollarla Ermənistana öz narazılığını bildirib:

“Bu, Ermənistanın Rusiya əleyhinə növbəti addımı idi. Ermənistan hakimiyyəti bu addımı müxtəlif yollarla izah etməyə çalışır. Rusiyanın strateji müttəfiqinin belə hərəkəti Moskvanın xoşuna gəlməyəcək. Çünki bu, iki dövlət arasında soyuqluğu daha da artıracaq. Bir daha sübut olunur ki, Nikol Paşinyan sözdə Rusiyanı müttəfiq adlandırsa da bir çox addım və hərəkətləri ilə Moskvanı qıcıqlandırır”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri