29 Sentyabr 2020 01:34

“Azərbaycanlılar mənə sponsorluq etmir” – Qalmaqallı erməni danışdı

Zöhrab Davtyan: “Xabarovska səfər və mitinqdəki çıxışım şəxsi təşəbbüsüm idi”

Tovuz döyüşlərindən sonra Rusiyadakı erməni diasporu Azərbaycan hakimiyyətini azərbaycanlılar ilə ermənilər arasında Rusiya ərazisində baş verən insidentləri təşkil etməkdə günahlandırmağa çalışdı. Rəsmi Moskvanın və şəxsən Putinin tənqid edildiyi Xabarovskdakı mitinq zamanı erməni Zöhrab Davtyanın çıxışından sonra Rusiya Erməniləri Birliyi (SAR) də Azərbaycan hakimiyyətini anti-Rusiya oyunları oynamaqda ittiham etdi. SAR iddia edir ki, Kemerovo vilayətinin sakini olan Davtyanın Xabarovsk səfərini məhz Azərbaycan və azərbaycanlılar maliyyələşdirib. Erməni diasporunda Davtyanın, az qala azərbaycanlı olması iddia edilirdi.

Beləliklə, erməni diasporu Azərbaycanı Xabarovskdakı etirazlara dəstək verməkdə açıq ittiham edir. AYNA mövzu ilə bağlı Zöhrab Davtyanın özü ilə əlaqə saxlayıb. O bildirib ki, azərbaycanlı olması barədə səslənən iddialar cəfəngiyyatdır.

Qeyd edək ki, Z.Davtyan 1965-ci ildə Ermənistanda anadan olub və Kemerovo bölgəsində hərbi xidmətini başa vurduqdan sonra daimi yaşamaq üçün elə orada da qalıb. Xabarovska getmək və etirazçıların qarşısında çıxış etmək onun şəxsi təşəbbüsü idi. Davtyan çıxışında “Rusiyada dəyişikliklər lazımdır, hökumət xalqın maraqlarına xidmət etməlidir” deyib.

SAR iddia edir ki, Davtyanı Xabarovska getməyə azərbaycanlı dostları təhrik edib. Həmsöhbətimiz bu iddianı da təkzib edib: “Dostlarım arasında bir çox millətin nümayəndələri, o cümlədən azərbaycanlılar var. Xabarovska səfər və mitinqdəki çıxışım şəxsi təşəbbüsüm idi. Vətəndaş mövqeyimi bildirdim. Mənə azərbaycanlıların sponsorluq etməsi barədə iddialara cavab olaraq deyim ki, bu, açıq böhtandır. Əslində, bunu demək istəmirdim, amma mənim harasa səfər etmək üçün öz imkanlarım var. Hətta, köməyə ehtiyacı olan bir azərbaycanlı dostum var və ona mümkün qədər maliyyə yardımı edirəm”.

Onun sözlərinə görə, SAR-ın Kemerovo regional bölməsinin rəhbəri kimi təqdim edilən Georgi Antonov təxribatçı və dələduzdur: “Özünü yerli erməni diasporunun rəhbəri kimi təqdim edir, amma əslində belə deyil. Mən onun kabinetinə gedəndə nə erməni bayrağı, nə də diasporun istifadə etdiyi digər atributları gördüm”.

Artıq aydın olduğu kimi, bu dəfə də SAR yalan və təxribata əl atdı. Bir neçə gün əvvəl SAR rəhbəri Ara Abramyan Hayasa Mərkəzinə verdiyi müsahibədə “Rusiyadakı azərbaycanlıların ermənilərə hücumlarını” Azərbaycan hakimiyyətinin təşkil etdiyini deyib. Hətta, o, SAR-da azərbaycanlıların obyektlərinə hücum etməyə hazır olan 3,5 min nəfər erməni idmançının olduğunu da bildirib.

SAR-ın press-relizi ilə birlikdə bu açıqlamalar sübut edir ki, təşkilatın əsas fəaliyyəti erməni xalqının mədəniyyətini, tarixini və dilini təbliğ etməyə deyil, millətlərarası nifrət oyatmağa və Rusiyanın ictimai təhlükəsizliyinə xələl gətirməyə yönəlib. Bu amillər ictimai təşkilatın fəaliyyəti ilə bağlı hüquqi araşdırma aparılmasına səbəb ola bilər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri