27 Sentyabr 2020 15:42

“Serbiyanın bu addımı Azərbaycanın diplomatik uğurudur”

Fazil Mustafa: “Bu, həm də qarşı tərəfin səmimiyyətindən xəbər verir”

Məlum olduğu kimi, Serbiyanın Ermənistana silah satması faktı ilə əlaqədar olaraq, adıçəkilən dövlətdən Azərbaycana nümayəndə heyəti göndəriləcək. Serb nümayəndə heyətinin gəlişində məqsəd məlum faktın araşdırılması, Azərbaycan tərəfinin bununla bağlı suallarının ətraflı şəkildə cavablandırılmasıdır.

Serbiyanın Azərbaycanın narahatlığını nəzərə alaraq, ölkəmizə nümayəndə heyəti göndərməsi ilə bağlı qərarı ölkəmizin diplomatik uğuru sayıla bilərmi? Turkustan.info bildirir ki, moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bunu ölkəmizin uğuru kimi dəyərləndirməyin mümkünlüyünə toxundu:

“Təbii ki, bu, Azərbaycanın diplomatik uğurudur. Bu, həm də onu göstərir ki, Serbiya tərəfi də anlayır ki, bütün hallarda Azərbaycanla dostluğu qurban vermək olmaz. Azərbaycan Serbiyaya ən çətin vaxtlarda dəstək verən dövlətlərdən biridir. Serbiyada da bunu qiymətləndirirlər.

Serbiyanın Ermənistana silah verməsi bizim üçün olduqca üzücüdür. Serbiyanın bu addımı atması göstərir ki, Serbiya əsl həqiqətin üzə çıxmasında maarqlıdır. Ola bilsin ki, bu addımı hansısa hökumətdənkənar qüvvələr edib.

Azərbaycan tərəfinin bu istiqamətdə səyləri uğurlu sayıla bilər. Serbiyanın bu addımı atması göstərir ki, qarşı tərəf vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayır. Başa düşürlər ki, məsələyə aydınlıq gətirilməsə, bu, münasibətlərin korlanmasına gətirib çıxara bilər. Bu baxımdan Serbiyanın bu addımı səmimiyyətdən xəbər verir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri