26 Sentyabr 2020 17:54

Azərbaycanda yoluxma kəskin azaldı – Virusun kökü kəsilirmi?

Son bir həftədə ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayında ciddi azalma müşahidə edilir. Belə ki, 3 avqust tarixində qeydə alınan yoluxma sayı 241 olubsa, 9 avqustda bu rəqəm 87-yə düşüb. Bu isə insanlar arasında müəyyən şübhələrə yol açıb. Bu göstəricilərin həqiqəti əks etdirmədiyini iddia nedənlərlə yanaşı, digər kəsim isə ümumiyyətlə virusun olmadığı fikrini müdafiə edir. 

Məsələyə münasibət bildirən terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyib ki, insanlarda virusun olmaması ilə bağlı şübhələr əsassızdır:

“Bəli, açıqlanan rəqəmlər insanlarda müəyyən şübhə yaradır, düşünürlər ki, bəlkə doğrudan da virus yoxdur, sadəcə bizi aldadırlar. Amma əslində, elə deyil. Çünki bu, bir ölkədə olmuş olsaydı, “bizi aldadırlar” demək olardı. Amma virus bütün dünyada yayılıb və kifayət qədər yoluxma, ölüm hadisəsi var. Ona görə də yalan deyil. Hətta başqa ölkələrə baxırsan ki, proses yenidən intensivləşir”.

Rasif Bağırov qeyd edib ki, nə qədər ki bu xəstəliyin vaksini və dərmanı tapılmayıb, onun hər hansı ölkədə kökünü kəsmək mümkün olmayacaq:

“Çünki yayılma prosesi elə bir formada gedir ki, virus orqanizmə daxil olandan iki-üç həftə sonra  bədəndə aktiv proseslər olmağa başlayır. Bundan sonra isə xəstəliklər meydana çıxır. Bildirim ki, həmin dövrdə xəstədə heç bir klinik əlamət olmur, lakin həmin xəstə çox sərbəst şəkildə infeksiyanı istənilən insana keçirmək qabiliyyətinə malik olur. Bu proqramal müddətdə xəstə virusu 100-dən çox insana keçirə bilər. Ona görə də belə olan halda, virusun tamamilə kökünün kəsilməsi ilə bağlı edilən söhbətlər düzgün deyil”.

Ölkəmizdə yoluxanların sayının azalması məsələsinə gəldikdə isə həkim vurğulayıb ki, əslində, yoluxma heç də azalmayıb:

“Mən deməzdim ki, yoluxma halları azalır. Bu nəticələr ölkədə baş verən prosesləri tam əhatə etmir. Çünki artıq müəyyən qrup həkimlər, feldşerlər, tibb bacıları meydana çıxıb. Tibb bacılar və feldşerlər hökumətin Rusiyadan gətirdiyi protokolu müalicə alan şəxslərdən öyrəniblər və hazırda sözügedən xəstəliyin müalicəsi ilə məşğul olurlar. Bakıda çoxlu sayda həkimlər, feldşerlər bununla məşğuldurlar. Qeyd edim ki, insanların çoxu  ölkənin kənar yerlərinə getmək üçün temperaturları olsa da, təcili tibbi yardıma müraciət eləmirlər. Onlar həkim və feldşerləri axtarıb tapırlar və müalicə alırlar. Nəticədə hökumətə müraciət edənlərin sayı azalır. Bundan əlavə, təcili tibbi yardımın özü bu gün həmin xəstəliklərin aşkar olunması ilə bağlı məsələyə çox ciddi yanaşmır. Lakin virus təzə meydana çıxan zaman vəziyyət belə deyildi. Bir evdə  bir nəfər xəstə olanda təcili yardıb gəlirdi və bütün ailə üzvlərini test edirdi. Bu gün isə eşitdiklərimizə görə, təcili tibbi yardım o prosesləri həyata keçirmək istəmir. Bütün bunlara görə ümumi rəqəmin sayı aşağı düşür”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, karantini uzadıb insanları belə ac vəziyyətdə saxlamağın mənası yoxdur:

“Bir halda ki bu xəstəliyin kökünü dərman və vaksin hazırlananadək kəsmək mümkün deyil, bunu etməyin nə mənası var? Karantin kifayət qədər yumşaldılmalıdır ki, insanlar işlərinə davam edə bilsinlər. Sadəcə xəstəlik aşkar olunduqca xəstə müalicə olunmalıdır”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri