26 Sentyabr 2020 19:26

İranın gizlədikləri İFŞA OLDU – Məhbubfər hər şeyi açıqladı

“Səhiyyə Nazirliyinin COVID-19 xəstəliyi ilə bağlı açıqladığı rəqəmlər real rəqəmlərin iyirmidə biridir”.

Turkustan.info xəbər verir ki, bu sözləri İranın Koronavirusla Mübarizə Təşkilatının üzvü Məhəmməd Rza Məhbubfər deyib.

“Jahanesanat” xəbər saytına açıqlama verən Məhbubfər bildirib ki, ölkədə koronavirusa ilk yoluxma rəsmi açıqlanan tarixdən 1 ay əvvəl olub: “Hökumət bəzi siyasi və təhlükəsizlik səbəblərilə, həmçinin inqilabın ildönümü və parlament seçkilərinin hazırlığından sonra virusun ölkədə yayıldığına dair rəsmi açıqlama vermək qərarına gəldi. Lakin saylarla bağlı da şəffaf bilgi təmin edilmədi. Rəsmi rəqəmlər siyasi və təhlükəsizlik narahatlıqları nəzərə alınaraq açıqlanır”.

Onun sözlərinə görə, təşkilat ilə hökumət arasında ciddi fikir ayrılıqları var: “Bütün xəbərdarlıqlara rəğmən, Prezident Həsən Ruhaninin Məhərrəm ayında tədbirlərin coşğu ilə keçiriləcəyini söyləməsi fikir ayrılıqlarını ortaya qoydu”.

İqtisadi qayğılar səbəbilə karantin qaydalarının yumşaldılmasını tənqid edən Məhbubfər sərt rejimin tətbiq edilməməsi təqdirində payızda daha ölümcül yeni dalğanın yaşana biləcəyini dilə gətirib.

İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 326 min 712 nəfər koronavirusa yoluxub, 18 min 427 nəfər ölüb. (publika.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri