27 Sentyabr 2020 14:24

2-ci qrup əlil Qarabağ veteranı Prezidentə müraciət etdi

Gəncə şəhərində yaşayan 2-ci qrup əlil, Qarabağ müharibəsi veteranı Arif Kazımov Prezident İlham Əliyevə müraciət edib. 

Surəti Turkustan.info-ya göndərilmiş müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:

Azərbaycan  Respublikasının Birinci Vitse-Prezidenti  Xanım Mehriban Əliyevaya:

Gəncə şəh, Kəpəz rayonu, Hərbi şəhərcik-83, ev  399, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan Kazımov Arif Xanoğlan oğlu tərəfindən Müraciət:

Cənab Prezident, Hörməli Vitse Prezident,

Bildirəm ki, mən Kazımov Arif Xanoğlan oğlu tərəfindən 01.03.1967-ci il Tarixdə Gəncə şəhərində anadan olmuşam. 1985-ci ildən 2002-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişəm. Hazırda ehtiyatda olan zabitəm. Ailəliyəm, iki övladım var, hər ikisi ailəlidir.

1991-1995-ci illər ərzində  erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharinəsi veteranıyam.Xidmət zamanı aldığım xəsarətlər səbəbilə 2-ci qrup əliləm.

Bir müharibə veteranı kimi hazırda ağır maddi şəraitdə yaşayıram. Ailəmizin aldığım teqaüddən başqa gəliri yoxdur. Həyat yoldaşım doqquz ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Daimi müalicəyə ehtiyacı var. Aldığım təqaüd onun müalicəsinə belə kifayət etmir. Özüm də xidmət zamanı başımdan aldığım xəsarətlərə görə ildə iki dəfə müalicə qəbul edirəm.

Cənab Prezident, hörmətli Vitse Prezident, dövlətimiz tərəfindən Qarabağ müharibəsi iştirakçılarına yüksək qayğı göstərilir,onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə təqdirəlayiq addımlar atılır. Bizlərə Qarşı belə qayğıkeş münasibətə görə dğlətimizə daiç minnətdarıq. Diqqətinizə çatdırıram ki, bu vaxta qədər müharibə veteranı kimi yalnız təqaüdlə təmin olunmuşam və qanunda nəzərdə tutulan digər imtiyazlardan istifadə etməmişəm.

Qarabağ müharibəsi iştirakçıları üçün nəzərdə tutulmuş avtomobillə təmin edilməyim üçün dəfələrlə şəhər icra hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etmişəm. Lakin yüzlərlə imtiyazlı şəxslər avtomobil, torpaq sahəsi və mənzillərlə təmin edilməsinə baxmayaraq mən avtomobillə təmin edilməmişəm.

Həmçinin yaşadığım mənzil də mənə xidməti zərurətlə ələqadər verilmişdir. 30 ildir ki, ailəmlə həmin mənzildə yaşayıram. Üç otaqdan ibarət mənzildə iki ailə çətin şəraitdə yaşayırıq. Dəfələrlə aidiyyəti qurumlara mənzilin adıma özəlləşdirilməsi üçün müraciət etsəmdə heç bir müsbət cavab almamışam.

Cənab Prezident mən uşaqlıq illərimi ata-anasız yetimlər evində böyümüşəm. 1985-ci ildə gənc yaşımda hərbi xidmətə getmiş və həmin vaxtdan etibarən bütün həyatımı dövlətə,vətənə xidmətə həsr etmişəm.Təqaüddə ilan zabit olmağıma baxmayaraq yenə də ehtiyyac olarsa canla-başla vətənin müdafiəsində durmağa,dövlətimizə xidmət etməyə hazıram. İnd isə çətin və ağır həyat şəraiti ilə üzləşdiyimdən dövlətimdən qayğı gözləyir və böyük ümidlərlə sizə müraciət edirəm.

Cənab Prezident mən fəxr edirəm ki, Siz bizim prezidentimizsiniz.

Müharibə veteranı kimi bizə göstərdiyiniz diqqət və qayğıya görə daim sizə minnətdaram. Bütün ailəmiz Sizin yürütdüyünüz uğurlu siyasəti dəstəkləyir, bu iradəmizi keşirilən bütün seçkilərdə ifadə etmişik.Mən bir hərbiçi kimi öz övladlarıma da vətəninş dövlətin müdafiəsinə duran ir əsgə kimi böyüdürəm.Yetim olaraq böyüdüyümdən ata-ana qayğısından məhrum olmuşam.İndi isə Sizin nece qayğıkeş olduğunuzu, özünüzü hər bir vətəndaşın dərdinə şərik hiss etdiyinizi bilərək göydə Allaha,yerdə isə Sizə ümid edərk sizdən qayğı və kömək gözləyirəmşÜmid edirəm ki, br müharibə veteranı olaraq mənədə öz kömök əlinizi uzadacaq və məni də bu çətinlikdən xilas edecəksiz.

Odur ki, müharibə veteranı olaraq mənim avtomobil ilə təmin edilməyim, yaşadığım mənzilin özəlləçdirilməsi üçün mənə kömək edilməsini və aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm. Göstərərcəyiniz diqqət və qayğıya görə sizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.

İmza: Kazımov Arif Xanoğlan oğlu

Əlaqə nömrəsi: (055) 986-83-26

Tarix: 06.08.2020

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri