01 Oktyabr 2020 05:29

Bakıda “koronavirus biznesi” — 6 manatlıq dərman 75 manata satılır

Azərbaycanda koronavirus infeksiyasının yayıldığı dövrdə bu xəstəlikdən müalicə olunmaq üçün istifadə edilən dərmanlar bəzi işbazlar tərəfindən bilərəkdən bahalaşdırılır.

Turkustan.info bildirir ki, bu barədə BAKU.WS-ə COVİD-19-a yoluxub sağalan jurnalist Ziya Babayev bildirib. Onun sözlərinə görə, xəstəliyin müalicəsi üçün ən vacib sayılan “Arbidol-200”, “Tamiflyu-75”, “Enfluvir-75”, “Moksilok-400” və s. dərmanları apteklərdə tapmaq mümkün deyil.

“Lakin dost və tanışların köməyilə bu işlərlə məşğul olan dərman dəllalları ilə əlaqə saxladım. Onlar dövlət qeydiyyatına alınaraq qiyməti tənzimlənən “Arbidol-200” adlı dərmanı 6 manat deyil 75 manata satır.

“Enfluvir-75” adlı dərmanı isə ümumiyyətlə apteklərdə tapmaq müşkülə çevrilib. Bu dərman vasitəsi “qara bazar”da 130 manata satılır. Çətinliklə tapılan “Moksilok-400” dərmanı isə apteklərdə 22 manata satıldığı halda işbazlar müştərilərinə 50 manata təklif edirlər. 

Uzun axtarışlardan sonra həmin preparatı apteklərin birində Tarif (qiymət) Şurasının rəsmi internet saytında qeyd edildiyi kimi 22 manat 24 qəpiyə tapdıq. Həmin dərmandan cəmi 1 qutu qalmışdı”, – deyə Ziya Babayev vurğulayıb.

Qeyd edək ki, belə hallar təkcə Ziya Babayevin deyil, virusa yoluxub, evdə müalicə alan onlarla xəstənin başına gəlir.

Ekspertlər də işbazlar tərəfindən vəziyyətdən istifadə edilməsindən şikayətlənirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, ilk növbədə vətəndaşlar belə hallarla rastlaşdıqda aldanmasınlar və lazımi qurumlara məlumat versinlər.

“Bu sadalanan dərmanlar əslində koronavirus xəstəliyinin müalicəsi üçün o qədər də effektli deyil. Lakin TƏBİB-in də “Arbidol”u öz siyahısına salması bu işbazlara fürsət verdi. Belə insanlar mütləq axtarılmalıdır. Onları müəyyən etmək lazımdır.

Dərmanları baha qiymətə satan adam dövlətə vergi verirmi? Burada sahibkarlara zərər vurma var, insanların aldadılması var. Həmin dərmanların orijinal olub-olmaması da bir tərəfdən şübhə doğurur”, – deyə Adil Qeybulla bildirib.

Tarif (qiymət) Şurasından isə BAKU.WS-ə bildirilib ki, bu məsələ “Dərman vasitələri haqqında” Qanuna əsasən tənzimlənir.

Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri tənzimlənir.

Qiymət hesablanarkən dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, qablaşdırmadakı miqdarı, istehsal ölkəsi nəzərə alınır və qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərə uyğun satılmalıdır.

Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulmasıdır və İnzibati Xətalar Məcəlləsində belə hallara yol verən əczaçılıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Belə hallarla rastlaşdıqda, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur:

Qeyd edək ki, dərman vasitələrinin tam siyahısı, o cümlədən topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib (http://tariff.gov.az/documents/DVA.pdf).

Dövlət qeydiyyatına alınmaqla “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş və qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələrinin qiymətləri ilə göstərilən ünvanda tanış ola bilərsiniz”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri