25 Sentyabr 2020 00:51

Cəfər Cabbarlı və milli maarifçilik

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

Faiq Ələkbərli

 dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

 

II Yazı

 

Faiq Ələkbərli

 dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

 

Cəfər Cabbarlı “Vəfali Səriyyə” pyesində də müsəlman xalqlarının geriliyinin əsas  səbəbkarı kimi cəhaləti görmüş və bu cəhalətə görə də ruhaniləri tənqid etmişdir. Cabbarlı Məhərrəm adlı obrazın dilindən yazırdı: “Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamısı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamısı sənin təsirindir ki, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, peyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar!”.   Cabbarlıya görə, bu cür cəhalətə çarə bulmağın yollarından biri Quranın türk dilinə tərcümə edilib, müsəlman türklərinin öz ana dillərində onunla tanış olmalarıdır.  

Cabbarlı “Nəsrəddin şah” pyesində də əsas diqqəti islamın qayda-qanunlarına əməl olunmamasına, ruhanilərin və məmurların din pərdəsi altında zülmkarlığına yönəltmişdir. “Ey adları müsəlman olub, özləri insaniyyətdən bixəbər olan canavarlar” deyən,   Cababrlı hesab edirdi ki, Qacarlar dövlətinin cəhalət içində olmasının, burada özbaşnalığın  hökm sürməsinin əsas günahkarı da ittifaq içində olan mollalarla despotik məmurlardırlar. O, yazırdı: “Əvvəllər şah özü məmləkəti nizama salmaq istəyirdi. Amma onu əhatə edən hiyləgər ümərayi-dövlət, vəzirlər və ruhanilər onu bu işdən mən etdilər. Bəli, İranda (Qacarlar dövlətində- F.Ə.) yaxşı vəzirlər, yaxşı hakimlər var idi ki, millət üçün ürəkləri yanırdı. Mirzə Təqi xan, Mirzə ağayi Nuri və qeyrə, amma onlar çox yaşaya bilməyib, dövlətin xainanə hiylə və fəsadlarına fəda olub, getdilər”. 

Vaxtilə Mirzə Təqi xan Qacarlar dövlətinin sədr-əzəmi olanda (1848-1851) bir sıra islahatlar aparıb, Məşvərət Şurası yaratmışdır ki, bu da ruhaniləri və onunlıa ittifaqda olan xanları narahat etmişdir. Ruhanilər dini hakimiyyəti, xanlar isə yarımmüstəqil hakimiyyətlərini əldə saxlamaq üçün birləşib Mirzə Təqi xanın vəzifədən getməsinə və öldürülməsinə səbəb olmuşdular. Cabbarlı Mirzə Təqi xanın dilindən yazırdı: “Şah təxti-hökmraniyə cülus edib, məni özünə sədri-əzəm qərar verib, Əmir Nizam ləqəbilə müləqqəb etdi. Mən bir ləqəb ilə kifayət etməyib, vəizfəmin nə olduğunu düşünərək xarabazara və xarici dövlətlər arasında, etibarını itirmiş İran məmləkətini dübarə islah etməyə çalışdım. Boş qalmış xəzinəni doldurdum, qoşunları müntəzəm bir halə gətirdim, cəhalət və nadanlqıdan inqrazə üz tutmuş İran cəmaətini elmə tərğib və sənətə təşviq etdim ki, bəlkə kürreyi-ərzin hər guşəsinə yayılan İran saillərin insan adını daşımağa şayan etdim. Mən bu fikrimə qismən müvəffəq oldumsa da, İranın əksərini təşkil edən yalançı ruhanilər nəinki mənə kömək etmədilər, hətta hər qədəmdə, üçillik əyyami-sədarətimdə mənə bir mane təşkil etdilər. Ələlxüsus, İranı talan və qarət etməklə, məmləkətin cəngavər balalarını xarü-zəlil edib,  İran xanları mənim fikirlərimə bir polad sədd kimi müqabilə etdilər. Şah zəif, cavan və təcrübəsiz olduğu üçün, onu əhatə edən paxıl, tamahkar və hiyləgər, məmləkəti fəlakətə tərəf sürükləyən vəzir və dövlət ərkanının sözlərinə baxmaqdan özünü saxlamayır. Onlar hamısı xüsusi mənfəətləri üçün üçün çalışdığı halda, şah onlara mane ola bilmiyor. Mən də bir, tək – bu qədər vicdansızlarla mübarizə etmək məcburiyyətində qaldım. Mən bir dəfə düşünmüşəm ki, nə qədər İranda bu zalım xanlar hökm sürürlər İran tərəqqi edə bilməz. Ona görə də mən nə qədər ki, sədarətdə varam, bu xanlıq tərzini İrandan götürməyə çalışacağam və bununla da məmləkəti zülmdən qurtarmağıma ümidvaram”. 

Deməli, Mirzə Təqi xan qarşısına məqsəd kimi birincisi, xanların yarımmüstəqilliyinə son qoymaq, ikincisi ruhanilərin nüfuzunu aşağı salmaq, üçüncüsü hər vilayətdən millət nümayəndələri çağırmaq kimi mühüm məsələlər qoymuşdur. Cabbarlı təəssüf edir ki, Nəsrəddin şah onun bu islahatlarına əvvəlcə dəstək versə də, ancaq sonunda xain ruhanilərə və xanlara inanaraq Mirzə Təqi xanı vəzifəsindən uzaqlaşdırıb ölmünə qərar vermişdir.  

Cabbarlı yazırdı ki, Mirzə Təqi xanın ölmündən təqribən 10 ildən sonra (1860-cı illər) sədir-əzəm olan Mirzə Ağa xan Nuri də Qacarlar dövlətində bir sıra islahatlar aparıb ciddi uğurlar əldə etmişdir. Ancaq Mirzə Təqi xanda olduğu kimi, Nəsrəddin şah ikinci dəfə də həm qəflətə qapılaraq, həm də xain ruhanilərin oyunları nəticəsində onu da vəzifəsindən uzaqlaşdırmış, ümumiyyətlə bir müddət sədarəti də ləğv etmişdir. 

Üçüncü dəfə isə, Nəsrəddin şahı dövlətdə islahatlar aparması üçün yola gətirmək istəyən Cəmaləddin Əfqani olmuşdur. Cabbarlı Əfqaninin dilindən millətə məşrutə verilməsinin, millətin azadlığa çıxmasının zərurətindən bəhs etmişdir. Bütün islam aləminin fəlakət, uçurum qarşısında olduğu, Avropa dövlətlərinin müsəlman xalqlarına qənim kəsildiyi bir dövrdə başqa çarənin olmamasını Əfqaninin dilindən Cabbarlı belə yazırdı: “Kənar edin, hökumət başında oturan müftəxor vəzirləri, çağırın millətin nümayəndələrini. Onlar öz fəqir qardaşlarının halını yaxşı bilirlər. Onlar çalışıb məktəblər, mədərəsələr və darülfünunlar açarlar. Onlar çalışıb sənətxanalar, rəsədxanaalr, növbənöv darülfənlər açarlar. Azad nəfəs çəkən millət açıq fikir ilə çalışıb fənlər təhsil edər, hürr olan bir millət həmişə ucalar. Millət yerin üzərində fabriklər, növbənöv karxanalar açmaqla kifayət etməyərək, yerlərin altında olan mədəniyyətə də əl atıb, səhneyi-həyata çıxarıb millətə təqdim edərlər. Bütün islam məmləkətləri belə edərsə islam dirilər”.   Ancaq Nəsrəddin şah bu dəfə də sözünə əməl etməmiş və Əfqani Qacarları tərk etmək məcburiyyətində qalmışdır.

Cabbarlıya görə, məhz bundan sonra başda C.Əfqani olmaqla bir qrup məşrutəçi tərəfdarı Nəsrəddin şahın qətl edilməsi qərarına gəlinmiş və bu sui-qəsd Mirzə Rza Kirmani tərəfindən həyata keçirilmişdir. 

 

Milləti-islam qoyun tək yatıb;

Qarətü qətlə verib öz fikrini,

Qeyrəti namusu kökündən atıb,

İrzü həyavü ədəbin cümləsin

Cifeyi dünyayə satıbdır, satıb.

Böylə keçərsə əgər on səkkiz il,

Millətimiz xar olacaq, yoxsa yox?

Bu yuxudan, bilmirəm, islamiyan

Bir kərə bidar olacaq, yoxsa yox? 

 

Cabbarlının ictimai-siyasi görüşlərində türklük fəlsəfəsi, türk dünyagörüşünün tədqiqi əsas istiqamətlərdən biri olmuşdur. O, gənc yaşlarından islam dinində islahatların aparılması ilə yanaşı, Türk xalqlarının, o cümlədən Qafqaz türklərinin milli özünüdərk məsələsini vacib hesab etmişdir. Cabbarlı çox böyük ustalıqla vurğulayırdı ki, əgər bir millət zülmlə yaşamağa razıdırsa, üstəlik ona əcdadlarından qalmış milli-mənəvi dəyərləri tərəqqi deyil, tənəzzül kimi başa düşürsə, həmin millətin gələcəyi ola bilməz. Bu mənada, Türk millətinin borcudur ki, milli dəyərlərinə sahib çıxsın və onu gənclərə doğru formada çatdırsın.

Bizcə, bu baxımdan Cəfər Cabbarlı əsərlərində türkçülüyü ancaq bir milliyyətçilik kimi deyil, eyni zamanda qədim bir fəlsəfə və dünyagörüş kimi də ortaya qoymağa çalışmışdır. Məsələn, o, “Ədirnə fəthi” pyesində Rüfət adlı obrazın dilindən yazırdı ki, türklər hər bir fəlakəti sakit ürəklə, açıq alınla, soyuq qanla qarşılayan bir millətdir: “Zöhrə, bu gün bütün türklərin namusu və heysiyyətini ayaqlar altına almaq istəyən canavarlara qarşı mübarizə etməyi, bütün Türk dünyası səndən tələb edir. Vətən uğrunda ölüm olmasaydı, yüksək dağlar, dərin dərələr bizi bir-birimizdən ayıramazdı. Fəqət böylə bir gündə ki, bütün türklərin müqəddəratı həll olunacaq, damarlarında türk, islam qanı fırlanan bir osmanlı sakit duramaz”.   Şübhəsiz, burada ifadə edilən “türk və islam qanı” türkün yaşam fəlsəfəsini də özündə ehtiva edir.

Cabbarlı çox doğru qeyd edirdi ki, türkün fəlsəfəsində qorxu deyilən, məğlubiyyət deyilən anlayışlar qəbul edilməzdir. O, yazırdı: “Türklər bundan daha artıq, daha ağır fəlakətləri görə bilərlər, türklər bundan daha dərin uçurumlara düşə bilərlər. Türklər daha güclü düşmənlərə təsadüf edər, əzilə bilər, döyülə bilər. Fəqət türk millətinin ürəyində oyanmış bugünkü intibah, onu qiyamətə qədər yaşadacaq”.   Cabbarlı Türklük fəlsəfəsini, türklük idealını çox dəqiq izah edirdi: “Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”.  O, deyirdi ki, türklük qürurunu heç bir qüvvə tapdalamağı bacarmamışdır və  indi də bunu bacarmayacaqdır. Çünki artıq Türk millətində yenidən intibah baş qaldırmışdır və bu intibahla da dünyada özünün əvəvlki əzəmətinə qayıdacaqdır.  

Cabbarlı “Ulduz” pyesində də türklük fəlsəfəsinin ruhuna uyğun olaraq çox doğru yazırdı ki, Avropa mədəniyyəti ilə öyünür, türklər isə insanlığı ilə. 

Cümhuriyyətin qurulmasını böyük sevinclə qarşılayan Cabbarlının “Azərbaycan bayrağına” şeirində də Tütk fəlsəfəsinin əsas cizgiləri öz əksini tapmışdır. O, bu şeirində üç boyalı-üç mənalı Azərbaycan Türk bayrağının fəlsəfi izahını belə vermişdir:

 

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

                        Bir türk oğlu olmalı!

                        Yaşıl boya islamlığın sarsılmyan imanı,

                                   Ürəklərə dolmalı!

                        Şu al boya azadlığın, təcəddüdün fərmanı,

                                   Mədəniyyət bulmalı.

                        Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!

                        Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

                                   Səhərlərə uçmuşdur.

                        Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

                                   Yurdumuzu qucmuşdur!

                        Allah, əməllərim edib şu bayrağı intiqal,

                        Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

                        Yürəyində bir dilək var, o da doğru kəsilsin,

                        O gün olsun bir göy bayraq Turan üstə açılsın.  .

 

Cabbarlı Azərbaycan Türk bayrağına həsr etdiyi “Sevdiyim” adlı şeirində də türkçülük, Turan idealını önə çəkmişdir. O, yazırdı:

 

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Canalıcı bir görkəmlə dağ başında durunca,

Oxşadıqca bahar yeli açıq-dağınıq tellərin.

Nazlı əlin umuzunda saçlarına vurduqca,

Bir-bir oxşayırsan bütün Turan ellərin.

Altaylardan, Altun dağdan doğma sellər bəkləyor

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. 

 

O, M.B.Məhəmmədzadəyə ünvanladığı “Salam” şeirində də Turançılıq sevdasını ifadə etmişdir. Cabbarlı yazırdı:

 

İntizar gözlərdən Xəzər doğuldu,

Həsrət ürəyimiz yanar dağ oldu.

Dillərimiz Turan deyə yoruldu

Turan ellərinə salam söyləyin. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri