27 Sentyabr 2020 14:17

“Azərbaycanda koronavirus 2019-cu ildən də əvvəl olub”- Professor bəladan qurtuluş yolunu AÇIQLADI

“Deyərdim ki, COVİD19-un bütün gizlintilərinin üstünü açacaq bir uğur, onun üzərində tam qələbəni təmin edəcək bir uğur”…
Professor Musa Qəniyev aylardır davam edən karantin rejimi şəraitində koronavirusla mübarizənin taktikası barədə öz təkliflərini verib.
 
Turkustan.info xəbər verir ki, bu dəfə professor koronavorus bəlasından qurtuluş yolu barədə danışıb.
"Azərbaycanda koronavirus  2019-cu ildən də əvvəl olub" - Professor bəladan qurtuluş yolunu AÇIQLADI
“COVİD-19-la ilk xəstələnmə halı rəsmi olaraq Çinin Uxane şəhərində 2019-cu ilin 17 noyabrında qeydiyyata alınsa da, araşdırdığım tarixi faktlar və müqayisəli təhlil mənə belə bir qənaətə gəlməyə əsas verdi ki, bu infeksiya xas klinik əlamətlər müəyyən insanlarda əvvəllər də müşahidə olunub. Yəni bu infeksiya tarixi 2019-cu ildən əvvələ gedir.
Mənim bu fikirlərim hazırda Almaniyanın Köln şəhərində yaşayan, həmyerlimiz, tibb doktoru, idrakına böyük dəyər verdiyim, gənc vətənsevər alimimiz Nuran Abdullayevin fikirlərilə bütünlüklə üst-üstə düşdü.
Bu haqda o, mənə aprel ayının 23-də yazmışdı: “Mənim fikirlərim ÜST-in dediklərinin tam əksidir; virus söylənilən aydan deyil, daha əvvəlki aylardan var; bu haqda Sizin fikirlərinizi bilmək mənim üçün çox maraqlıdır, Musa müəllim”. Təbii ki, mən də dəyərli alimimizin fikirlərinə tam şərik olduğumu və apardığım araşdırmalara görə, bu virusun hətta bir neçə il əvvəl olma ehtimalını söylədim. Odur ki, aprel ayından başlayaraq bu məsələni dövrü olaraq işıqlandırmağa çalışdım.
Müşahidələrim aşağıda söyləyəcəyim elmi dəlillərlə tam təsdiqini tapdıqdan sonra, yəni iyun ayının sonundan başlayaraq- iyun ayının 27-də, iyul ayının 23 və 29-da bilavasitə bu problemlə bağlı məqalələr yazaraq, sosial şəbəkələrdə paylaşdım. Bu məqalələrdə mənim istəyim tək insanların maariflənməsi deyildi, Bizi idarə edənlərin və bu infeksiya ilə mübarizənin strategiyasını müəyyən edənlərin diqqətini bu məsələyə cələb etmək idi. Mən bu haqda yazdıqlarımdan qısa bir xatırlatma etmək istəyirəm:
“Məni hazırda ən çox ölkə əhalisi içərisində kütləvi seroloji testlərin aparılması düşündürür. Çünki bu hal, mənim aşağıdakı gəldiyim qənaətə görə, əhalimizin xeyli hissəsini COVİD-19 stressindən birdəfəlik qurtara bilər.
Belə ki, apardığım araşdırmalar, söyləməyə əsas verir ki, COVİD19 serotipinin özü olmasa da, bu virusun mütasiyası dövründə, ona çox yaxın olan (tibbdə buna “özü yox, aynadakı əksi” deyilir), son mutasiya variantı 2019-cu ildən xeyli əvvəl mövcud olmuşdur.
Çox güman ki, hazırda COVİD-19-u çox yüngül, hətta simptomsuz keçirən insanlar, məhz həmin dövrlərdə bu ara serotiplə xəstələnən şəxslərdir. Sizlərə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin sonu, 2019-cu ilin yanvar və fevral aylarında bəzi insanlarda günlərlə davam edən, lakin digər klinik əlamət verməyən sürəkli, üzücü öksürək oldu.
Mən düşünürəm ki, bunu sonda COVİD19-a mutasiya edən virus serotipi törədirdi. Yəni bu cür insanlarda qazanılma immunitet vardır. Mənim dediklərimi aşağıdakı müşahidələrim təsdiq edir: şəxsən tanıdığım ailələr var ki, bir damın altında yaşasalar da onların heç də hamısında test sınağı müsbət olmur. Şübhə etmirəm ki, bunun ən əsas səbəbi həmin şəxslərdə immunitetin olmasıdır. Bununsa sübutunu, yalnız kütləvi seroloji test sınaqlarının aparılması təsdiq edə bilər. Bunun üçün ölkə ərazisində yaşayış bölgələri üzrə şərti qrup vahidi kimi ayrılan və əhalisinin 5-10%-ni təşkil edən insanlar arasında, künüllülük prinsipi üzrə, seroloji testlərin aparılmalıdır.
Bu hər şeydən əvvəl insanları psixoloji sarsıntıdan qurtarar və ölkəmizi, bütün dünya ölkələrini gözləyən iqtisadi tənəzzüldən xilas etmiş olar. Bu test sınaqları aparılacağı təqdirdə, mütləq kütləvi, təmənnasız və insanlar üçün əlçatan olmalıdır”.
Düzü, son günlərdə gəldiyim qənaət belə idi ki, sosial şəbəkələrdə yazılanlar yüksək dairələr tərəfindən oxunmur. Lakin dünən aldığım bir xəbər- gələn həftədən ölkəmizdə seroloji testlərin aparılmağa başlayacağı ilə bağlı, sosial şəbəkədə doktor Yusif Ağayevin paylaşdığı rəsmi sənəd, məni qədərsiz sevindirdi.
İnanın bu qərar, COVİD19-la mübarizədə son 6 ayda verilmiş ən düzgün və doğru qərardır. Digər tərəfdən, mən başa düşdüm ki, sosial şəbəkələrdə yazılanlar, ölkə rəhbərliyi tərəfindən izlənilir və bu tələblər xalqın xeyrinə, real elmi əsasa istinad edirsə, onlara mütləq əməl olunur.
Təsəvvür edin, seroloji testlərlə bağlı mənim vurğuladığım bütün incə məqamlar, təsadüf də olsa, bütünlüklə nəzərə alınmışdır: testlərin təmənnasız olması, könüllülük əsasında bölgələr üzrə fərdi seçim qrupları üzərində aparılması və s. Bu çox böyük bir uğurdur. Deyərdim ki, COVİD19-un bütün gizlintilərinin üstünü açacaq bir uğur, onun üzərində tam qələbəni təmin edəcək bir uğur.
Sevindirici hal odur ki, seroloji testdə istifadə olunacaq reaktiv dəsti Almaniyanın EUROİMMUN şirkətinin istehsalıdır. Bu maliyə cəhətdən kifayət qədər baha olan bir reaktiv dəstidir, yəni jenerik yox, orginal (bend) dəstdir və cənab Prezidentin birbaşa göstərişi və dəstəyilə alınmışdır. Odur ki, mən tək öz adımdan deyil, həm də mənə dəstək olan, eləcə də mənim arzularıma qoşulan bütün tibb işçiləri adından ölkə başçısına, ölkənin birinci xanımına, eləcə də bu prosesdə iştirak edən Operativ Qərərgah, Səhiyyə Nazirliyi və Təbibə təşəkkür edir və çox sağ olun deyirəm, habelə bu məsələləri ictimailəşdirən, təbliğ edən, xalqımıza doğru yol göstərən, xalqın sevincini, öz sevinci, kədərini öz kədəri bilən Sizlərin hər birinə səmimi təşəkkür və minnətdarlığımı bildirirəm.
İnanın seroloği test sınaqlarının ilkin nəticələri açılandan sonra həyatımız bütünlüklə əvvəlki dönəminə qayıdacaq və biz bir-birimizi kompyuter, planşet və s. arxasından deyil, üz-üzə duraraq salamlayacayıq. Son altı ayda hər gün eşitdiyimiz 2-ci dalğa, 3-cü dalğa və s. kimi ifadələri deyil, sadəcə olaraq son altı ayı bütünlüklə unudacayıq və bu bəd günlər bir də heç vaxt xatırlanmayacaq.
Ola bilər ki, bu yazdıqlarımı oxuyan bəzi, məni tanımayan insanlar hissiyyata qapıldığımı düşünsünlər. Belələri bilsin ki, Mən 30 ilə yaxındır ki, tibb elmləri doktoru, professoram və vaxtı ilə keçmiş SSRİ kimi böyük və qüdrətli bir dövlətdə, neyro-psixofarmakologiya sahəsindəki ən gənc elmlər doktorundan biri idim. Hazırda sayı 50-dən artıq olan iri həcmli dərslik və tibb kitablarının müəllifiyəm. Yəni dilimdəm çixan hər bir sözün, yazdığım hər bir cümlənin çiynimə qoyduğu ağır mənəvi və hüququ yükünü çox yaxşı bilirəm.
Odur ki, COVİD19-la bağlı elmi təhlilini verdiyim, proqnoz və nəticələri haqqında fikir bildirdiyim hər bir məsələnin düzlüyünə və icrasının zərurət olduğuna, öz varlığım qədər əminəm. Hərgah fikir və düşüncələrimdə elementar səhv olsa belə, onun istənilən zaman və istənilən şəkildə, ən ağır cəzasını cəkməyə hazıram”.  /Medicina.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri