29 Sentyabr 2020 01:37

Bu şəxslər virusa ikinci dəfə yoluxmayacaq – İnfeksionist

İnfeksionist-hepatoloq Mərdan Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji testlərin əhəmiyyətindən söz açıb.

Həkim bildirib ki, seroloji testlərin tətbiq edilməsi məsələsi çoxdan gündəmdə idi:

Bu şəxslər virusa ikinci dəfə yoluxmayacaq - İnfeksionist

“Pandemiyanın əvvəllərində həkimlər insanların kütləvi şəkildə seroloji müayinələrdən keçməsi məsələsini təklif etmişdi. Bu, bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək. Sözsüz ki, xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq. Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.

Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. İmmunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur. Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək.

Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsa da, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədəuyğun hesab olunur. Virusa yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri idi. Odur ki, əhali ilə təmasda olan qrupun etməsi tövsiyə olunur”. (publika.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri