20 Sentyabr 2020 20:46

Qənirə Paşayeva Xalq artisti Elmira Rəhimovanı təbrik etdi

Bugün Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimovanın doğum günüdür.

Elmira Allahverdi qızı Rəhimova (13.08.1941, Bakı) Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965), Azərbaycan Dövlət Dillər Universitetini (keçmiş ADDİ; 1970), bitirib.

XX yüzilin 50-ci illərindən başlayaraq onillər ərzində Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın o vaxtkı Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini bilavasitə öyrənib.

E.Rəhimovanın Hindistanda açıq səma altında oxuduğu (bəstəsi Qənbər Hüseynliyə aid “Cücələrim” mahnısı sürəkli alqışlarla qarşılanıb, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və sonra müğənnidən həmin mahnını bir daha ifa etməsini xahiş ediblər. Xalq artisti Hindistan da daxil olmaqla, 60-dan çox ölkədə yaddaqalan konsert proqramları ilə çıxış edib. E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəxas ustalıqla ifa edib.

Onun ifasında “Tələbəlik illəri”, “Sən yadıma düşəndə”, “Mən anayam”, “Yenə sənsiz bu axşam”, “Ana laylası”, “Həyat, söylə, sən kiminsən”, “Dənizi hədiyyə verirəm sənə”, “Dinlə məni, sevgilim” və b. mahnılar dillər əzbəri olub.

Görkəmli müğənni sovet dönəmində Azərbaycan Ali Sovetinin “Fəxri fərmanı”na (24.02.1979), Müstəqillik illərində isə Xalq artisti fəxri adına (27.10.2000) layiq görülüb. Hörmətli sənətkarımıza möhkəm can sağlığı, yeni sənət uğurları arzulayır, bir daha doğum gününü təbrik edirik!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri