29 Sentyabr 2020 02:54

Valideynlər nə düşünürlər: Təhsilə davam, yoxsa tamam?

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.

Qeyd olunub ki, məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilməli, şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilməli, lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunmalıdır:

“Dərs başlayarkən məktəbdə heyət müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunmalı, bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir.

Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməməli, onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilməlidir. Mümkün olan hallarda onlayn cədvəllər hazırlanmalıdır. Davamiyyət məcburi olmasın, məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilməlidir”.

Maraqlıdır, əgər dərslərə davamiyyət məcburi olmasa, valideynlər uşaqlarını məktəbə göndərəcəkmi?

Bu barədə Cebhe.info-nun keçirdiyi sorğunu təqdim edirik.

Valideyn Qalina Bulqar bildirib ki, əgər məktəblərin ənənəvi qaydada açılmağı nəzərdə tutulubsa, deməli lazımi tədbirlər görülüb:

“Düşünürəm ki, şagirdlərin, müəllimlərin, məktəbdə çalışanların yoluxma riskinin 0-a endirilməsi üçün bütün tədbirlər görüləcək. Əks halda heç kim övladını, özünü riskə atmaz. Dərsə göndərib göndərməyəcəyim məsələsinə gələndə isə mənim oğlum 9-cu sinifdə oxuyacaq. Məlumdur ki, buraxılış imtahanı var. Onlayn təhsil ənənəvi təhsili əvəz etmir, ev şəraitində uşaq dərs prosesinə də adaptasiya ola bilmir. Bu səbəbdən ənənəvi qaydada dərslər təşkil olunmalıdır. Xüsusilə 9-cu, 11-ci siniflər üçün məktəb, dərslər həll edici rola malikdir. Oğlumu məktəbə göndərəcəm, lakin o bildirsə ki, gigiyenik qaydalara əməl edilmir, vəziyyət ürəkaçan deyil bu zaman məcburuq onlayn təhsilin tərəfdarı olaq”.

Digər valideyn Qərənfil Məmmədova bildirir ki, yoluxma halının müşahidə edildiyi və məktəblərin bağlandığı gündən bütün karantin qaydalarına əməl ediblər:

“Mən və övladlarım xəstəliyin nə dərəcədə təhlükəli olduğunu anlayırıq və bütün karantin qaydalarına əməl edirik. Təhsil müəssisələri bağlansa da, distant təhsillə bütün dərslər keçirildi. Deməzdim ki, dərslər keyfiyyətsiz alındı. Əksinə belə bir təcrübə ilk dəfə yaşanırdı və kifayət qədər effektiv oldu. Hazırda yoluxma halları yenə var, istəməzdim ki, ənənəvi qaydada dərslər bərpa edilsin. Çünki aşağı siniflərə qadağalar, qaydalar tətbiq etmək çətindir. İstəmsizcə onlar maskalardan sıxılacaq, qaydalardan kənara çıxacaqlar. Hazırkı vəziyyətdə onlayn təhsilin tərəfdarıyam, davamiyyət də nəzərə alınmayacaqsa, deməli evdən dərslərə qoşulmaq daha yaxşıdır”.

Valideyn Hüseyn Ələkbərov isə bildirib ki, məsələ yalnız məktəblərdə qaydalara əməl etməklə həll olunmur:

“Nəzərə almaq lazımdır ki, bəzi şagirdlər məktəblərə nəqliyyat vasitəsilə gedirlər. Bu zaman onların təkcə məktəbdə yoluxmasının qarşısının alınması vəziyyəti tam nəzarət altına almağa kömək etməyəcək. İndinin özündə də yoluxma sayı var və sentyabr ayı yaxın tarixdir. Nə qədər ənənəvi təhsilin tərəfdarı olsam da, belə vəziyyətdə hər şeyi nəzərə almaq lazımdır”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri