20 Sentyabr 2020 21:20

“Azərbaycanla Türkiyənin düşmənləri baxıb qısqansınlar” – Səfir Erkan Özoralın MÜSAHİBƏSİ

“Türkiyə Minsk qrupunda yer alarsa, bundan məmnunluq duyar”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Modern.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 – Diplomat olaraq tarixi hadisəyə şahidlik edirsiz. Bir əsrdən sonra türk ordusu yenidən Azərbaycana gəldi. Təbii ki, bu, qardaşlığın yeni nümunəsidir.  Bunu necə qiymətləndirirsiz?

– İyulun 12-də Ermənistanın Tovuz istiqamətində başlatdığı hərbi əməliyyatlardan dərhal sonra Türkiyə mövqeyini açıq şəkildə ortaya qoydu. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk saatlarda açıqlama verdi. Hər cür imkanlarımızla Azərbaycanın yanında olduğumuzu açıqladıq. Başda prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla, xarici işlər nazirimiz və Milli Müdafiə nazirimiz dəstəyimizi ən yüksək səslə bütün dünyaya bəyan etdilər. Təbii ki bu hadisələrdən sonra başlamış olan təlimlər planlı təlimlərdir.  Hər il ortaq formada bu təlimləri  gerçəkləşdiririk. Türkiyə və Azərbaycan ordusu illərdir ki, bu təlimləri birlikdə həyata keçirirlər. Birlikdə ortaq fəaliyyət göstərirlər. Fəqət bu il edə bilmədiyimiz təlimləri bu dönəmlərdə birləşdirdik. “Turaz Qartalı” və “Görəv Gücü” təlimləri indi də davam edir.

– Türkiyə birmənalı olaraq Azərbaycanın yanında olduğunu yalnız sözdə deyil əməldə də göstərdi. Təbii, bu qardaşlığın  göstəricisidir. Diplomat olaraq bu məsələdə sizin də mövqeyinizi eşitmək istərdik.

-Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Bunu deyə bilərəm ki, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin mərkəzində qardaşlıq münasibətləri dayanır. Bu münasibətlər bu gün də belədir, 100 il bundan öncə də belə idi. Bundan 100 il sonra da belə olacaq. Nuri Paşa Qafqaz İslam Ordusu ilə Azərbaycana gəldiyi zaman Osmanlı imperiyası çökmək üzrə idi. Ölüm-qalım mücadiləsi zamanı Türkiyə qardaşının yanına gəldi. Belə bir zamanda bütün imkan və gücümüzlə Azərbaycanın yanında olacağıq. Bunu hər formada söylədik. Aradan 100 il, 1000 il keçsə də bu münasibətlər dəyişməyəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bizim sevincimiz də kədərimiz də birdir. Azərbaycan müstəqilliyini əldə edən zaman onu ilk tanıyan ölkə Türkiyə olub. Bu müstəqilliyin əbədi və güclü olması üçün ilk yardımı edən də Türkiyə dövlətidir. Bu gün də Türkiyə ilə Azərbaycan bir-birinə hər sahədə dəstək verir.

– Türkiyənin hərbi kontingenti Suriyada, Liviyada yerləşdirilib. Türkiyə xarici hərbi çağırışlara hazırdırmı? Bu Türkiyə üçün hər hansı çətinlik yaratmır ki?

– Şərqi Aralıq dənizində hərbi əməliyyatlar həyata keçiririk. Gəmilərimiz Şərqi Aralıq dənizində “Oruc Rəis” gəmisini və oradakı haqq və mənfəətlərimizi qorumaq üçün vəzifəmizi icra edirik. Şimali İraqda hərbi komandanlığımız əməliyyatlar keçirir. Türk ordusu bütün bunları edə biləcək gücdədir. Türk ordusu dünyanın ən güclü ordularından biridir. Bütün problemlərimizdə düşmənlərimizə cavab verə biləcək gücdədir.

– Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu 25 ildən çoxdur ki, Cənubi Qafqaz regionuna səfərlər edir. Anacaq bu səfərlər heç bir nəticə vermir. Zaman-zaman Minsk qrupunun tərkibində Türkiyənin də yer alması məsələsi gündəmə gəlib. Sizcə, bu mümkün ola bilərmi?

– ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Tərkibinə 11 ölkə daxildir ki, Türkiyə də burada təmsil olunur. Minsk qrupuna daxil olan 3 ölkə Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll etməyə çalışırlar. Təbii ki, Türkiyə bu üç dövlət arasında yer alarsa, bundan məmnunluq duyar. Sadəcə burada bir  mexanizm mövcuddur. Bu mexanizm Türkiyə və Azərbaycanın qərarı ilə qurulmayıb. ATƏT çərçivəsində alınmış  qərarlar arasında qurulub. Minsk qrupunun tərkibində hər hansı dəyişikliyin edilməsi ATƏT-in verəcəyi qərar əsasında ola bilər. Biz Minsk qrupunun tərkibində olsaq da, olmasaq da sülh məsələsində müsbət qatqı vermək üçün əlimizdən gələni etməyə hazırıq. Bu günə qədər əlimizdən gələni etdik və bunda sonra da etməyə davam edəcəyik. Təəssüf ki, 30 ilə yaxındır ki, davam edən münaqşədə ATƏT-in Minsk qrupu vacib qərar çıxartmayıb. Hər hansı irəliləyiş yoxdur. Əksinə qarşı tərəf işğalçı olduğundan hücumlarını davam etdirir. Gün keçdikcə işğalçılıq siyasətini daha da kəskin formada davam etdiyməyə çalışır.

– Dünən cənab prezident İlham Əliyev Türkiyənin  Milli Müdafiə naziri Hulusi Akarı, Baş Qərargah rəisi ordu generalı Yaşar Güleri qəbul edib. Təbii ki, son günlərdə  hər iki ölkə rəsmilərinin bir araya gəlməsi bəzi dövlətlərə mesajdır. İki qardaş ölkənin daha da yaxınlaşması bəzi ölkələrdə qısqanclığa səbəb olub. Sizcə hansı dövlətlər iki qardaş ölkənin yaxınlığından narahatdır?

– Dostlarımız Türkiyə ilə Azərbaycanın yaxınlaşmasından çox məmnundurlar. Dünən həm ziyarət gerçəkləşdi, həm də bizi bir-birimizə bir addım yaxınlaşdıracaq daha bir iş həyata keçdi. Bildiyiniz kimi, viza  məsələsi dünən qüvvəyə mindi. Bundan sonra hər iki ölkənin vətəndaşları 90 gün ərzində vizasız gedib-gələcəklər. Digər məsələ şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək məsələsidir. Hazırda bu məsələ üzərində də iş gedir. Təbii ki, bu cür addımlar dostlarımızı sevindirir, düşmənlərimizi üzər. Onlar bizə qısqanclıqla baxar. Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar. Bizim düşmənimiz kimdirsə, onlar da bunu bilsinlər ki, Türkiyə ilə Azərbaycanın dostluğu çox qiymətlidir. Türkiyə də Azərbaycan da dostuna çox şey qazandırır.

– Erkan bəy, hazırda dünyada COVİD-19 pandemiyası tüğyan edir. Türkiyənin koronavirus pandemiyası fonunda regional və dünyadakı yeri necədir?

– COVİD-19 pandemiyası bütün dünyada davam edir. Düşünürəm ki, bu pandemiyadan birlikdə qurtulacağıq. Bəşəriyyətin toplu halında qarşılaşdığı bir bəladır. Bir an öncə əsas ümidimiz xəstəliyə qarşı dərmanların hazırlanmasıdır. Çünki insanlar daha güclü olaraq qalib çıxa bilsinlər. Türkiyədə pandemiya ilə mübarizədə ciddi işlər görülür. Bizim də bundan ən az ziyan görməyimiz üçün məsələlərə diqqətlə yanaşılır.

– Pandemiyanın davam etdiyi bir dövrdə Türkiyənin iqtisadi durumu necədir?

– İnşallah həm sağlam,  həm də iqtisadi cəhətdən bu xəstəliklə mübarizədən güclü olaraq çıxacağıq. Bu təkcə Türkiyə üçün deyil, bütün dünya üçün belə olmalıdır. Hamılıqla bu savaşdan qurtulacağıq. Hamımızın da arzusu budur.

Namidə Bingöl

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri