20 Sentyabr 2020 20:25

Qənirə Paşayevadan Xalq artisti Alim Qasımova doğum günü TƏBRİKİ

Bugün Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli xanəndə Alim Qasımovun doğum günüdür.

Alim Həmzə oğlu Qasımov (14 avqust 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (kənd indi Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) doğulub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.

Görkəmli xanəndənin ilk çıxışı 1979-cu ildə Azərbaycan Televiziyasında olub.

1982-ci ildə I Respublika Muğam Müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumunda uğurla iştirak edib.

2000-ci ildə “Love’s deep ocean” diski “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib.

2000-ci ildə Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə seçilən dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub. Onun adı “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahısının 2019-cu ilə qədər olan variantlarında həmişə yer alıb.

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə “I’m your Goddess” adlı mahnını duet şəklində başarı ilə ifa edib. 2010-cu il martın 17-də ABŞ-ın “The New York Times” qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu sənəti “ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən ən böyük müğənnilərdən biri” adlandırıb.

2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın “The Guardian” qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar sırasına, onun “Azerbaijan: The Art of the Mugham”” albomunu ən sevdiyi musiqi albomları sırasına daxil edib.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2015 Avropa Oyunlarının açılış törəni Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.

Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda “uçan xalça” üzərində muğam oxuyub. Görkəmli xanəndənin qızı Fərqanə Qasımova atasının sənət yolunu uğurla davam etdirməkdədir; Fərqanənin atası ilə birgə ifaları geniş ona geniş şöhrət qazandırıb. 2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin “Alim Qasımov fenomeni” adlı kitab gün üzü görüb.

Alim Qasımov “filmoqrafiya”sı: Aktyor kimi “Aşıq Qərib” (1988), “Qəzəlxan” (1991); İfaçı kimi “Doğma sahillər” (1989), “Bəxtəvər” (1990), “Gecə qatarında qətl” (1990), “40-cı qapı” (2008);

İştirak etdiyi film: “Ver sözə ehya ki…” (1989), Bəstəkar kimi “Neft” (2003) Alim Qasımovun “diskoqrafiyası”na isə 7 studiya albomu və bir yığma albom daxildir.

Təltif və mükafatları:

1988 – Beynəlxalq Musiqi Festivalı, I mükafat, Səmərqənd,

1988 – “Azərbaycanın Əməkdar artisti” fəxri adı,

1989 – Almaniya Musiqi medalı, Bonn,

1993 – “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı,

1993 – Fransa Musiqi medalı, Paris,

1994 – ABŞ Musiqi medalı, Hyuston,

1997 – Azərbaycan “Humay” mükafatı,

1999 – BMT “IMC UNESCO” Beynəlxalq Musiqi Mükafatı,

1999 – Almaniya Musiqi medalı,

2000 – “Almaniya Fonoqrafik tənqidçiləri”nin diplomu,

2003 – BMT “IMC UNESCO” Mükafatı,

2008 – “Şöhrət” ordeni,

2010 – Azərbaycan Respublikasının Dövlət Mükafatı,

2014 – “Qızıl çinar” beynəlxalq mükafatı,

2017 – “Şərəf” ordeni…

Görkəmli sənətkarımıza möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayır, doğum gününü bir daha təbrik edirik!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri