28 Sentyabr 2020 19:09

Lukaşenko üçün SEÇİM ANI: Ölkədən qaçmaq, yoxsa Putinin yanına sürünərək getmək?

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra ölkəni bürümüş etiraz aksiyaları Aleksandr Lukaşenkonu çətin seçim qarşısında qoyub.

Turkustan.info Aleksandr Lukaşenkonun gələcək taleyi ilə bağlı “Telegram”da yayımlanmış materialı təqdim edir:

“Belarusun fəaliyyətdə olan prezidenti Aleksandr Lukaçenkonun vəziyyətinə dəqiq və ciddi nəzər salsaq, o, artıq panik durumdadır. Lukaşenko Belarusda iğtişaşların təşkilinə görə gah Qərbi, gah Ukraynanı, gah da Rusiyanı günahlandırır. Bu isə Rusiya rəhbərliyini şantaj cəhdi kimi qiymətləndirildiyi üçün Kremlin xoşuna gəlmir.

Bununla belə, Lukaşenko artıq 3-cü gündür, danışmaq üçün Putinlə rabitə yaratmağa çalışır. Ancaq görünür, “abonent əhatə dairəsində deyil”. Bu səbəbdən, Batka ötən gün keçirdiyi mətbuat konfransında var səsi ilə Putinə səslənərək, Putinə növbəti şantajını çatdırdı. Dedi ki, əgər Putinlə danışmasalar, o halda Minskdə davam edən etirazlar Moskvaya “sıçrayacaq”.

Yaxşı, bəs Saşa bu vəziyyətdə nə etsin? Qərb sanksiyalarla təhdid edir, Şərq – incə məsələdir, “böyük qardaş” isə gözləyir. Gözləyir ki, Lukaşenko onun yanına dizi üstə deyil, sürünə-sürünə gəlsin. Çünki Batka Belarus-Rusiya münasibətləri tarixində “böyük qardaş” adlandırdığı müttəfiqi ilə hər zaman şantaj dilində danışıb.

Moskva isə sükut içində X saatının yetişməsini gözləyir. Bu, artıq başqa mövzudur…

Belarusda etirazların intensivliyi və miqyası gün-gündən böyüməkdə,yoldaş Lukaşenkonun manevr sahəsi ilə daralmaqdadır. O, ölkəni tərk etmək fikrinə düşsə, yəqin ki Rusiyaya qaçmayacaq. Ona görə ki, Moskvada kreslosunu itirmiş prezidentin gəlişinə heç də şad olmayacaqlar”.    /yenicag.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri