28 Sentyabr 2020 20:18

Qənirə Paşayeva Xalq artisti Afaq Bəşirqızını yubiley münasibətilə təbrik etdi

Bugün Azərbaycan Respublikasının Xalq artisti‚ “Şöhrət” ordenli teatr və kino aktrisası, Azərbaycan Prezidentin fəxri təqaüdçüsü Prof. Afaq Bəşirqızının 65 illik yubiley günüdür.

Afaq Bəşir qızı Səfərova (15 avqust 1955, Bakı) böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində doğulub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU; 1974-1979-cu illərdə) ali təhsil alıb.

Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətçi kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa, 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və çağdaş dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun “Bəxt üzüyü”ndə yaratdığı ünlü Söylü obrazı, öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə bir örnəkdir.

Sonra Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı, bugünə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra filmlərdə, televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış, Anarın “Evləri köndələn yar” (Darçınbəyim), Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Zəhra), Əli Əmirlinin “Bala başa bəla” (Suğra), Məcnun Vahidovun “Yarımştat” (Ayna), Aqşin Babayevin “Nekroloq” (Gülya) əsərlərinin teletamaşalarında fərqli xarakterli rollar oynayıb, “Afaq gülür, güldürür” şousunda müxtəlif obrazlar yaradıb. “AzərbaycanFilm”in istehsalı olan “Bəxt üzüyü”ndə Söylü rolunda və “Mozalan” satirik kinojurnalında (“Uşaq bağçası”, “Ət kombinatı”nda, “Xaricdə belə deyil”, “Belə də olur” nömrələrində) uğurla çıxış edib.

Afaq Bəşirqızı daxilən çoşqun, romantik aktrisadır. Məhz bu cəhət onun rollarının ictimai tutumunu ifadə edir. Afaq Bəşirqızı milli xalq oyun-tamaşalarının estetik prinsiplərini dərindən duyan, milli gülüş mədəniyyətinin ruhunu öz ifasında parlaqlıqla təcəssüm etdirən görkəmli sənətkardır. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım, bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb. Adaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

2013-cü ildə “Şöhrət” ordeni ilə təltif olunan Afaq Bəşirqızı, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Prezidentin Fəxri diplomu ilə təltif edilib.

Sevilən aktrisamız 1993-cü və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Görkəmli sənətkarımızı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, iş avandlığı diləyirik!

Qənirə PAŞAYEVA 
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri