30 Noyabr 2020 05:07

Politoloq: Ərdoğanı dayandıra bilməyəcəklər!

Fransa Prezidenti Emmanuel Makron sanki Türkiyə və Yunanıstan arasındakı gərginliyi qəsdən artırmaq üçün Aralıq dənizinin şərqinə iki döyüş gəmisi göndərdi. Makron xətaya yol verir, bu, bölgədəki gərginliyi artıracaq.

Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu fransız politoloq Didye Billion deyib.

“Makron bir tərəfdən “sülh” və “dialoq” deyir, digər tərəfdən bölgəyə döyüş gəmiləri göndərir. Bu, ziddiyyətli bir addımdır. Ağıllı addım atmaq lazımdır, bunu təkcə Fransa yox, Türkiyə və digərləri də etməlidir. İllərdir türk və yunan donanmaları arasında buna bənzər olayların şahidi oluruq. İndi isə bölgəyə döyüş gəmisi göndərmək sülhə xidmət etməyəcək”, – ekspert vurğulayıb.

Billion Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşısında “əzələ” nümayiş etdiridiyini bildirib:

“Hədəf eynidir – Türkiyəni dayandırmaq. Amma bu siyasətlə Ərdoğanı dayandıra biləcəklərinə inanmıram. Makron isə bütün imkanlarını səfərbər edərək, onu geri addım atmağa məcbur etməyə çalışır. Livanda da Türkiyə məsələsində xətaya yol verir. Makron bu məsələni təkbaşına həll edəcəyini düşünür və Avropa İttifaqından kənar hərəkət edir. Lakin ona inanan cəmi bir neçə adam var”.

O, Ərdoğanın Şərqi Aralıq dənizi ilə bağlı yürütdüyü siyasətin daha ağıllı olduğunu söyləyib:

“Ərdoğanın parlamentdəki açıqlamalarını dinlədim. Niyyətinin savaş yox, sülh olduğunu gördüm və bu yöndə də Türkiyənin tarixi və hüququ durumunu izah etdi. Ümid edirəm ki, Ərdoğan dediyi kimi, dialoq və müzakirələrə hazırdır. Çünki illərdir davam edən bu problemi həll etmək lazımdır”.

Paylaş: