25 Sentyabr 2020 01:21

Cəfər Cabbarlı və milli maarifçilik

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

Faiq Ələkbərli

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

 

 

III yazı

Cəfər Cababrlı Turana bəslədiyi ümidlərinin yarımçıq qaldığı, üstəlik başlarının üstünü Sovet Rusiyası təhlükəsi aldığı bir dövrdə qələmə aldığı “Yaşamaq” şeiri çox anlamlı, çox dəyərli bir əsərdir. O, türklüyün yenidən bir sınaq qarşısında qaldığını, hər tərəfin düşmənlərcə sarıldığını dərindən dərk edirdi. Belə bir məqamda ölmək əvəzinə yaşmağın, durmaq əvəzinə mücadilə etməyin fəlsəfəsini Cababrlı belə izah edirdi:

 

Neçin, neçin  yaşamaq? Ölməmək! Nədir məna?

Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq?

Neçin əzilmək, üzülmək, iməkləmək bica?

Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq?…

 

Nədir, nədir dirilik yurdu? Qanlı bir ölkə!

Degilmi varlıq özü canlı bir yığın kölgə?

Ölüm!.. O bir əbədiyyət… görüncə siz uyğu…

Nə tatlı şey.. bu əzabə o sən çəkər bəlkə… 

 

O, hesab edirdi ki, Türkün əsas fəlsəfəsi odur ki, ən çətin, ən zor məqamda belə ümidsizliyə qapılıb intihara, ya da köləliyə razı olmur. Cabbarlıya görə Türkün fəlsəfəsində daim mücadilə etmək və zor olanı bacarmaq vardır:

 

Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq!

Deyir, qoşar yürəgim! Onda bir işıqlı xəyal.

Bədən bulur yenə qüvvət, itər şu yorğunluq,

Nədir əcəb bu ziya?.. İştə şanlı bir ideal. 

 

Bizcə, məhz bu ideal onu Sovetlər Birliyi dövründə də ayaq üstə tutmuş, dövrün şərtləri altında müəyyən qədər beynəlmiləl¬çiliyə rəğbət bəsləməsinə baxma¬yaraq, əsasən mədəniyyət və ədəbiyyatda türklük fəlsəfəsindən, türk dünyagörüşündən çıxış etmişdir.

Cabbarlıya görə, hər millətin özünəməxsus xüsusiyyəti vardır ki, bu da hər bir vətəndaşın, xüsusilə mütəfəkkir¬lərin dünyagörüşündə öz əksini tapmalıdır. Onun fikrincə, türk xalqlarında ortaq olan xüsusiyyətlər  (igidlik, qorxmazlıq, aman diləyəni əfv etmək, namusluluq, qonaq¬pərvərlik, yoldaşına xəyanət etməmək və s.) də türklük fəlsəfəsi ilə bağlıdır. 

27 aprel işğalından sonrakı ilk illərdə Cabbarlının əsərlərində yalnız formaca deyil, məzmunca da türklük xüsusiyyətlərini önə çəkilməsi Sovet-Rus bolşevikləri tərəfindən birmənalı qarşılanmırdı. Sovet ideoloqları digər milli aydınlarımız kimi, onu da mahiyyətcə sosializmə uyğun əsərlər yazmağa məcbur edirdilər. Cabbarlı da, onu yalnız formaca deyil, məzmunca da milli ədəbiyyat yaratmaqda ittiham edənlərə cavab olaraq yazırdı: “Klassik ədəbiyyatın nümunələrini tənqidi nöqteyi-nəzərlə isifadə edərək, ədəbi keçmişdən ən yaxşı və ən qiymətli cəhətləri götürərək, mən səy edəcəyəm ki, “formaca milli” əsər yaradım. Azərbaycan xalqının nəhəng mübarizə¬sinin qəhrəmanlığını əks etdirərək, mən geniş əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram”.  

Etiraf etməliyik ki, doğrudan da ömrünün son illərində Cabbar¬lı “sovet beynəlmiləlçiliyi”, “sovet kommunizmi” ilə qismən, ya da daha çox səsləşən, marksizm-leninizm ideyalarına uyğun gələn əsərlər (“Od gəlini”, “Almaz”, “Sevil”, “Yaşar” və b.) də yazmışdır.

Bizcə, onun “Od gəlini” əsəri milliklə beynəlmiləlçilik arasındakı  ziddiyyətlərin, ikiliyin məhsuludur. O, “Od gəlini”ndə Ərəb Xilafətinə qarşı mübarizə aparan Elxanın timsalında Sovet Rusiyasına qarşı dirənişi ifadə etməklə yanaşı, kommunizm elementlərini də əks etdirmişdir. Cabbarlı əsərin qəhrəmanı Elxanın dilindən yazırdı: “Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının (Stalinə pərəstiş – F.Ə.) məzarları üzərində tikmək istəyirəm, anlayırsanmı! Düşündüyüm vuruşda ilk düşmənim ərəb basqınçıları (rus işğalçııları – F.Ə.), ikinci düşmənim bəşəriyyəti salışdıran və gücsüzləri əzdirən dinlər, üçüncü düşmənim isə, köləlik törədən bütün indiki ictimai mühit və yaşayış quruluşudur ki, onun da başında sən və sənin kimi insan qəssabları (Kirov, Orconikidze, Mirzoyan, Pankratov və b.) dururlar. Başqa yol yoxdur. Mənim yolum sənə qarşıdır”.   C.Cabbarlı məntiqi olaraq burada, azadlıq və vasallıq tərəfdarı olan iki qardaşı bir-birinə qarşı qoyur. Elxan istiqlalı hər şeydən üstün tutduğu halda, onun qardaşı Aqşin onunla eyni fikirdə deyil.

Ancaq dövrünün şərtləri və sovet ideologiyasının hökmranlığı altında Cabbarlı bu əsərini daha çox istismar edənlərlə (kapitalistlər) istismar olunanlar (fəhlə-kəndlilər) arasında mübarizə kimi qələmı vermişdir. Cabbarlı Elxanın dilindən Aqşinə deyir: “Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə silahlı güclülər, digər tərəfdə isə əliboş məzlumlar”.   Bu düşüncə ilə əsərin qəhrəmanı Elxan özünü yalnız istiqlalçı deyil, eyni zamanada “kommunist” kimi də aparır; o, bütün dinləri inkar edib, əxlaqa uyğun gəlməyən sərbəst həyatdan və  ağılasığmaz azadlıqlardan dəm vurur.  

Şübhəsiz, bu məsələdə kifayət qədər ziddiyyətlər vardır. Hər halda türklük fəlsəfəsinin dərindən anlayan, onun xüsusiyyətlərini hərtərəfli izah edən Cabbarlının Elxan adlı qəhrəmanının fərqli düşüncələrdən çıxış etməsi təsadüfi ola bilməzdi. O ayrı məsələdir iki, Cabbarlının Elxan obrazı kimi eyniləşdirdiyi Babək və onun tərəfdarlarında (xürrəmilərdə) belə düşüncələrin olmasını vaxtilə ərəb tarixçiləri də iddia ediblər. Burada maraqlı cəhət odur ki, əgər Elxan obrazı istiqlalçıdan çox “kommunist”lə üst-üstə düşürsə, o zaman Cababrlı əski “kommunist” Elxanın dilindən o dövrün kommunizm “ideal”ını da açıqlamış olur.

Deməli, Cabbarlının “Od gəlini”nində bir-birinə daban-dabana zidd olan iki: 1) “istiqlalçı”, 2) “kommunist” Elxan var. Bu ikili Elxan həm xalqın milli azadlıq, həm də “fərdi azadlığ”ından yanadır: “Biz hələlik yurdumuzun yüksək dağlarına çəkiləcək, oradan bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə düzəldəcəyik. Orada tənasül heç bir qanun altında gizli olmayacaq, əsas: azad könüllərin uyuşması və usanması olacaqdır. İstəyənlər ər-arvad, istəməyənlər bacı-qardaş olacaqlar. Varlı, yoxsul, güclü, gücsüz olmayacaqdır. Bütün ölkə qardaşcasına çalışan, qazanan və bölüşın bir ailə olacaqdır. Orada süni hökumətlər, qanunlar olmayacaqdır. Orada zərərsiz azad istəklər, azad hərəkətlər, həyatın müqəddəs qanunu hökm sürəcəkdir. Orada uydurma dinlər, allahlar olmayacaqdır. Azad vicdanlar, azad sevgilər hər kəsin böyük tanrısı olacaqdır. Məqsəd həyata qovuşacaq, yaşayış ancaq vasitələrlə məşğul olacaqdır”.   Əsərin sonunda da Elxan Yaradanın varlığını inkar etməklə yanaşı, bütün dinlərin də uydurma olduğunu bir daha bəyan edib özünü Tanrı adlandırır və İnsanı ilahiləşdirir.

Bizcə, Cabbarlı bu əsərində türklük fəlsəfəsindən  yavaş-yavaş uzaqlaşaraq “sovet kommunizm”i, ya da “sovet beynəlmiləlçiliyi”ni tərənnüm etmişdir. Belə ki, bu əsərin əsas qəhrəmanı insan üçün heç bir sərhəd, qayda-qanun tanımayan “azadlıq”ları təbliğ edir.

Çox təəssüf ki, Cabbarlı bu cür “azadlıq”ları “Sevil”, “Almaz”, “Yaşar” və digər əsərlərində də bu və ya digər formada təbliğ etmişdir. Cabbarlı “Sevil” pyesində Sevilin və Gülüşün timsalında əsasən milli və dini dəyərlər tanımayan “azad qadın” obrazları yaradarkən da ifrata varmışdır. Hər halda əsərin qəhrəmanı Sevilin “qadın azadlığ”ını namus məsələsindən çox cinsi və iqtisadi azadlıq kimi dəyərləndirməsi doğru deyildi: “Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. Qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizoloji hadisədir”. 

İlk baxışda haqlı görünən Sevilin burada unutduğu əsas məsələ nə kişinin, nə də qadının fizioloji tələbatlarına görə, ailə dəyərlərinə zərbə vurmaq haqqının olmamasıdır. Əslində istər kişi olsun, istərsə də qadın ilk növbədə, təbii instinktlərinə görə deyil mümkün olduğu qədər cəmiyyətin qayda-qanunlarına, mentalitetə görə hərəkət etməlidirlər. Əks təqdirdə sosializm (kommunizm), liberalizm, praqmatizm kimi təlimlərini doğru hesab etməklə, nəinki hər hansı milli-dini dünyagörüşlə, insanlıq adına da yaşamaq çox çətin olar. Hər halda Cabbarlının qəhrəmanı Sevil əsərin sonunda deyir ki, o, sosializmdən gəlmişdir və sosializmə də qayıdır.   Deməli, “sovet sosializmi” qadınların başlarından yalnız zorla çadralarını açdırmırdı, eyni zamanda milli və dini dünyagörüşə zidd olub, heç bir əxlaq sərhədi tanımayan “azadlıq”ları da təlqin edirdi.

Çox təəssüf ki, əvvəllər bütün bunların tamamilə əleyhinə olub, hətta Hüseyn Cavidi əsərlərindəki bəzi qəhrəmanları (Cəlal, Göyərçin, Afət, Arif və b.) türklük xüsusiyyətinə yad olan hərəkətlərinə görə tənqid etdiyi halda,  Cabbarlınıın özü də “sovet sosializmi”nin, “sovet beynəlmiləlçiliyi”nin təsiri altında milli mentalitetlə çox da səsləşməyən Sevil, Balaş, Gülüş, Almaz və başqa bu kimi obrazlar yaratmışdır. Almaz da inandığı Lenin kommunizminə uyğun olaraq sosialist mədəniyyətdən, yenilikdən bəhs edir; ailə namusundan söz açılarkən “mən azad qadınam” deyir: “Azadlıq mənim haqqımdır. Azadlıq sədəqə deyil. Hamısı mənimdir. Onu çərçivəyə alıb, hər iki saatdan bir çay qaşığı verməyə kimsənin haqqı yoxdur. Mən bütün işlərimdə ya azadam, ya əsir, ya ağayam, ya qul”.   Cabbarlının Sevil qəhrəmanı kimi, Almaz da iddia edir ki, əgər bir xətanı kişi edə bilərsə qadın da edə bilər. “Mənimçün dünyada kişi-arvad yoxdur. İnsan var: insan hər bir işində azad və sərbəst olmalıdır” deyən,   Almaz üçün də, milli və dini dəyərlərin əsasən əhəmiyyəti yoxdur.

Beləliklə, Cabbarlının ictimai-fəlsəfi yaradıcılığı ilə bağlı fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, onun dünyagörüşündə müəyyən ziddiyyətlər, iki fərqli baxış olmuşdur. Birincisi, onun dünyagörüşü uzun müddət islamlıq və türklüyün vəhdəti şəklində təzahür etmişdir. Hətta, bir ara əsas ideal kimi Türk dünyagörüşünə, Turançılığa əsaslanan Cabbarlı insan və cəmiyyət problemlərinə yanaşmada da, daha çox türk fəlsəfəsindən, müəyyən qədər də islamlıq dünyagörüşündən çıxış etmişdir. Bizcə, 27 aprel işğalından sonrakı ilk illərdə də Cabbarlı türk-islam dünyagörüşündən geri çəkilməmiş, mümkün olduğu qədər onu “sovet beynəlmiləlçiliyi” ilə uzlaşdırmağa çalışmışdır.

Şübhəsiz, onun bu cəhdləri sovet-rus kommunistləri qətiyyən qane etmirdi ki, çox keçmədən Cabbarlı bu cür psixoloji təqzyiqlərin altında formaca milli, məzmunca sosialist əsərlər ortaya qoymuşdur. Əlbətttə, Cabbarlının bu tipli əsərlərində də Quzey Azərbaycan türk cəmiyyəti, onun mədəniyyəti və fəlsəfəsi üçün müəyyən qədər  müsbət elementlər var idi. Ancaq bütövlükdə bu əsərlər Cabbarlının türklük və islamlıqla bağlı düşüncələrinə əsasən zidd olmaqla yanaşı, onun dünyagörüşündə də ciddi fərqliliklərə səbəb olurdu. Hər halda onun islamlıq və türklük dünyagörüşündən çıxış edərkən ortaya qoyduğu əsərlərlə, “formaca milli məzmunca sosialist” ideyasına əsaslanarkən yazdığı əsərlərdə kifayət qədər ziddiyyətlər var idi.  Bizcə, Cabbarlının gənc yaşlarında vəfat etməsində də, özünün özünü bu formada inkar etməsi heç də az rol oynamamışdır.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri