30 Noyabr 2020 06:07

Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? – TƏBİB-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının 31 iyula olan məlumatına əsas hazırda dünyada müxtəlif ölkələrdə 26 koronavirus peyvəndi üzərində klinik sınaqlar aparılır.

Bundan başqa 139 peyvənd üzərində iş gedir. Peyvənd üzərində çalışan və ilkin nəticələri olan ölkələr ABŞ, Britaniya, Fransa. Almaniya, Çin, Türkiyə, Kuba kimi ölkələr var. Rusiya isə artıq peyvəndi tətbiq edib və kütləvi istehsalına başlayır.

Azərbaycan koronavirus peyvəndini hansı xarici ölkədən alacaq?

Turkustan.info bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda təsdiqlənmiş peyvənd yoxdur:

Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən AÇIQLAMA

“Ümumdünya Səhiyyə Təşkilatı sınaqdan keçirilmiş vaksinlərin heçbirini rəsmi təsdiqləməyib. Ümumdünya Səhiyyə Təşkilatı hər hansı peyvəndi təsdiqləyərsə bu barədə danışmaq olar”.

Paylaş: