27 Noyabr 2020 09:20

Bu şəxslər testdən pulsuz keçiriləcək – TƏBİB

Ölkəmizdə təsadüfi seçilmiş 1650-yə yaxın şəxs arasında seroloji testlərin aparılması prosesinə başlanılıb. Bu layihənin əsas məqsədi əhali arasında immun-cavab reaksiyasını yoxlamaqdır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva əhali arasında SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə keçiriləcək seroloji testlərin mahiyyəti və önəmi barədə danışarkən deyib.

O, bu analizlərin tamamilə təhlükəsiz olduğunu və ödənişsiz keçirildiyini bildirib:

“İndiyə kimi özəl laboratoriyalarda testlər ödənişli formada həyata keçirilib və bunun vasitəsilə xəstəliyi simptomsuz və nə zaman keçirdiyindən xəbərsiz olan şəxslərin qanında immun cisimləri aşkarlanıb. Çünki insanların böyük əksəriyyəti xəstəliyi asimptomatik və ya yüngül simptomlarla keçirə bilər. Onlar özləri də xəbərsiz olaraq bu xəstəliyi keçirmiş və sağalmış ola bilərlər. Lakin qanda aparılan xüsusi seroloji testlər vasitəsilə biz bu xəstələrdə artıq immunitetin formalaşdığını təyin edə bilirik. Bunu təyin etmək üçün ilk mərhələ olaraq proqram vasitəsilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində təsadüfi seçilmiş 1650-yə yaxın şəxsdə bu testlər ödənişsiz həyata keçiriləcək. Həmin şəxslər arzu edərlərsə, qanın ümumi analizini də həyata keçirmək mümkün olacaq”.

Paylaş: