27 Noyabr 2020 09:07

Emindən Hadı Rəcəblinin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA

Bizim restoranda toy mərasimi keçirilməyib.

Turkustan.info xəbər verir ki, bunu “Sea Breeze” restoranının sahibi, Xalq artisti Emin Ağalarov İnstaqram hesabında yazıb. O bildirib ki, pandemiya ilə əlaqdar hazırkı şəraitdə restoranda toyun keçirilməsi mümkünsüzdür:

“Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər. Həmçinin karantinə görə yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. “Sea Breeze” restoranında toy mərasimi keçirilməyib”.

Qeyd edək ki, sabiq millət vəkilinin ötən gün nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi haqda məlumat yayılıb. Bildirib ki, “Sea Breeze” restoranında keçirilən mərasimdə 150 qonaq iştirak edib.

Millət vəkili yayılan məlumatla bağlı açıqlama verməyib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib. (axar.az)

Paylaş: