27 Noyabr 2020 21:36

Həkim: Koronavirusdan ölənlərin bir qismini qorxu, bir qismini naşı xidmət öldürdü

“Bir qismini xəstəlik yox,qorxu öldürdü,ancaq qorxu,digər qismini isə naşı xidmət, müəyyən hissəsini yanaşı xəstəlikləri, digər hissəsini isə haqqlarına girməyim, bütün çabalara baxmayaraq virus öldürdü”.

Turkustan.info-nun məlumatına görə, bu fikirləri bir çox xəstəxanalarda koronavirus xəstələrinə yardım etmiş həkim Elgün Əhmədov öz sosial şəbəkə hesabında paylaşıb.

“Covid-19” virusundan həlak olan 510 nəfərin ən azı 70-nin ölümünə şahid olmuşam.

Ölənlər,ölmələrinə az qalmış hiss edirdilər hərşeyi.Heçbiri gözlərini yummadı,gözü açıq ölürdülər,qorxurdular,gözümü yumsam öləcəm qorxusu var idi.

Bir qismini xəstəlik yox,qorxu öldürdü,ancaq qorxu,digər qismini isə naşı xidmət,müəyyən hissəsini yanaşı xəstəlikləri,digər hissəsini isə haqqlarına girməyim,bütün çabalara baxmayaraq virus öldürdü.

Hətta ölməmişdən 5dəqiqə əvvəl evdən bilmirlər burda olduğumu,xahiş edirəm deməyin öldüyümü deyib ölən var idi,heç olmasa 1 stəkan çay içib ölüm deyənlər də var idi.Bu adamlar necə ölə bilərdilər?!

Axı bunlara EKMO lazım deyildi.

Bir şeyi etiraf edim, ağırlaşan və ölən xəstələrdə çəkisi normadan artıq olanlar üstünlük təşkil edirdi.

Təkrar edirəm,yalnız bu virus təyinatı ilə müalicə alaraq ölənlərin 90%-i Bəhram Bağırzadə’dən ağır deyildilər”,- deyə o bildirib.  /Bizimyolə.info/

Paylaş: