30 Noyabr 2020 05:45

“Lotu Quli”nin yerinə iddialı 3 “qanuni oğru” – ADLAR

Nadir Səlifovun (Lotu Quli) Antalyada ötən gecə qətlə yetirilməsi post-sovet məkanında kriminal vəziyyəti gərginləşdirib.

Rusiya KİV xəbər verir ki, “qanuni oğru”nun qətli onun təsir dairəsinin güclü olduğu Ukrayna, Rusiyanın Sibir-Ural bölgəsi, Moskva və Sankt-Peteburqda vəziyyəti gərginləşdirib.

Kriminal aləmdə Lotu Quli”nin yerinə 3 əsas namizədin adını çəkirlər – Aslan Usoyanın (Ded Xasan) bacısı oğlu 47 yaşlı Geori Akoyev (Qiya Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto) və 39 yaşlı çeçen “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski). (modern.az)

Paylaş: