27 Noyabr 2020 08:52

Qarabağ: gerçək tarix – Kəlbəcər Şəmistan Əlizamanlının təqdimatında…

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor FM” radio kanalında yayımlanan “Qarabağ: gerçək tarix” verilişində Kəlbəcər haqqında məlumat verilib.

Turkustan.info xəbər verir ki, tanınmış hərbi diktor Şəmistan Əlizamanlının təqdimatında yayımlanan verilişdə Kəlbəcərin tarixi, coğrafı mövqeyi, əhəmiyyətli abidələrindən bəhs edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin onlayn radiosu olan Diaspor FM-də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağla bağlı mövzulara xüsusi yer verilir. Qarabağın tarixi və mədəniyyəti ilə əlaqədar silsilə verilişlər radionun gündəlik poqramına daxil edilib. Həmin layihələrdən biri Qarabağın tarixinin müxtəlif dövrlərindən müfəssəl məlumat verən  “Qarabağ: gerçək tarix” verilişidir.

Verilişin müəllifi Vəsilə Vahidqızı, redaktoru Rəvan Rəd,  aparıcısı isə  tanınmış hərbi diktor Şəmistan Əlizamanlıdır.

Veriliş  artıq iki aydır davam edir və uzun müddət yayımlanması nəzərdə tutulur.

Ötən verilişlərdə Qarabağın bəzi şəhər və rayonlarının tarixindən, mədəniyyətindən, həmin ərazilərdəki abidələrdən söz açılıb. Eyni zamanda proqramda  işğal olunmuş ərazilərdəki maddi-mədəniyyət abidələrinə ermənilərin vurduğu ziyan və vandalizm aktları barədə də əraflı danışılır.

Verilişdə həmçinin qarabağlı xanəndələrin unudulmaz ifaları səsləndirilir.

Hazırlanan videoçarxda Kəlbəcər rayonuna virtual səyahət təqdim edilib:

/Modern.az/

Paylaş: