27 Noyabr 2020 08:49

“Qars” sazişi bitir, Türkiyə bu ərazini ala bilər – Şok iddia

Gürcüstanı Türkiyədən yalnız Rusiya qoruya bilər.

Turkustan.info xəbər verir ki, bunu “EADaily” saytına müsahibəsində Rus və Gürcü Xalqlarının Birlik Fondunun prezidenti Vladimir Xomeriki deyib.

Onun sözlərinə görə, guya uzun illər ərzində Gürcüstanda stabilliyin əsas zəmanətçisi Rusiya olub:

“2021-ci ildə Qars müqaviləsinin müddəti (əslində müqavilənin bitmə müddəti sənəddə göstərilməyib) bitir. Onun bəndlərindən birində belə qeyd yazılıb. Əgər Rusiya protektoratlıqdan imtina etsə və razılaşmadan çıxsa, Türkiyə bəzi Gürcüstan ərazilərinə haqq irəli sürə bilər. Mən bunu Gürcüstana böyük təhlükə sayıram. Tiflis Türkiyənin müqavilənin bitməsindən sonra onun ərazilərinə iddia etməyəcəyi ilə bağlı Ankaradan zəmanət tələb etməlidir. Təəssüf ki, bu, hələlik edilmir. Biz görürük ki, Acariya artıq Türkiyə xəritələrində daxili ərazi kimi çəkilib”.

Rusiyayönlü gürcü ekspert, həmçinin Tiflisi təhdid edərək, guya Acariyanın ekspansiyasının Gürcüstanın digər bölgələri, xüsusilə ermənilərin yaşadığı Samsxe-Cavaxetiyada gərginlik yaradacağını və ölkəni parçalayacağını söyləyib. (axar.az)

Paylaş: