27 Noyabr 2020 09:31

Türkiyə-İsrail rəqabəti: Liviyadan Azərbaycana

Türkiyə-İsrail rəqabəti Liviyadan Qafqaza yönəlib.

Turkustan.info xəbər verir ki, bu barədə İngiltərənin “Midl İst Monitor” saytında yer alan məqalədə bildirilib.

“Bu proses Türkiyənin Azərbaycana hərbi texnika satmasına imkan verir. Liviya Türkiyənin hərbi dəstəyi ilə Xəlifə Haftar qarşısında uğur qazanıb. Türkiyə silah satışı mövzusunda İsraillə rəqabət aparır və onu Qafqazdan çıxarmağa təşəbbüs göstərir. Bu təşəbbüs İsrailin effektiv və keyfiyyətli bir təhlükəsizlik təminatçısı imicinə xələl gətirib”, – məlumatda vurğulanıb.  /Axar.az/

Paylaş: