25 Sentyabr 2020 01:29

Türkiyənin tanınmış siyasiləri “Traxtur”un çempionluğunu belə təbrik etdi – FOTOLAR

Azərbaycanın “Traxtur” futbol komandasının İran kubokunu qazanmasından sonra Türkiyənin tanınmış siyasi xadimləri bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.

Ankara bələdiyyə başçısı Mansur Yavaş öz Twitter səhifəsində “Türk komandasının İranın milli kubokunu qazanmasına ürəkdən sevindim” yazaraq Azərbaycanın “Qızıl Qurdlar”ına dəstəyini bildirib.

“İYİ” Partiyasının rəhbəri Meral Akşener isə öz səhifəsində belə yazıb: “Türkün İrandakı qüruru, Qızıl Qurdlarımız Traxtur Azərbaycanı İran kubokunun çempionluğu üçün təbrik edirəm. Uğurlarınız davamlı olsun!”

“İYİ” partiyasının üzvü və İstanbul millət vəkili Ümit Özdağ, İYİ Partinin genel başqan yardımçısı və İstanbul millət vəkili Lütfü Türkkan, keçmiş deputat Sinan Oğan, “İYİ” partiyasının üzvü və Samsun millət vəkili Bedri Yaşar, İstanbul millət vəkili  Ahmet Mücahit Arınc və keçmiş deputat Vedat Bayram da “Traxtur”un qələbəsini təbrik edən türkiyəli siyasi xadimlər sırasındadırlar.

Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi oldu.

“Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb.

“Traxtur” daha əvvəl də 2014-cü ildə İran kubokunu qazanmışdı. Güney Azərbaycan komandası həmçinin 1976 və 1994-cü ildə kubokun final mərhələsinə qədər yüksəlib.

“Traxtur” klubu kuboku qazanmaqla 2021 Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq.

“Traxtur” komandası bundan öncə 4 dəfə Asiya Çempionlar Liqasında iştirak edib.  /gunaz.tv/az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri