28 Sentyabr 2020 22:07

Prezident Tokayevin xalqa müraciətində əsas tezislər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qazaxıstan xalqına müraciətində bir sıra tezislərlə çıxış edib.

— ­Prezidentə tabe olacaq Strateji planlaşdırma və islahat agentliyinin yaradılması. Kadr siyasəti, dövlət idarəçiliyi, qərarların verilməsi və onların həyata keçirilməsi məsuliyyəti ilə bağlı yanaşma dəyişdiriləcək. İslahatlar üzrə Ali Şurasının hər bir qərarı yekun olacaq, agentliyinin özü isə birbaşa ölkə Prezidentinə tabe olacaq. Tokayevin sözlərinə görə, agentliyinin tərkibinə Statistika komitəsi daxil olunacaq.

— Dövlət aparatının ixtisar edilməsi tarixinin sürətləndirilməsi. Ölkə Prezidentinin sözlərinə görə, dövlət aparatının ixtisara salmaq olar və bu məsələ labüddür. Bunun təsdiqi pandemiya dövründə məmurların distant fəaliyyət göstərməsi olub. Əvvəlcə 10%, sonra 15% və 2021-ci ilədək 25%. Beləliklə, yerdə qalan əməkdaşların məvacibləri artacaq. Kasım-Jomart Tokayev dövlət aparatının və kvazi-dövlət sektorunun işçilərinin ixtisara salınması tarixinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq, bunun saxlanılmasının “çox baha” və “korrupsiyaya yol açdığını” bildirib.

— Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin bərpası. DİN-in strukturunu yenidən nəzərdən keçirilməsi və onun qeyri-profil funksiyalardan azad edilməsi.

— Birbaşa Prezidentə tabe olan Rəqabətin qorunması və inkişafı agentliyinin yaradılması. Bütün sahibkarlar üçün bərabər imkanlar və bazarların inhisara alınmasına son qoyulması. Neft məhsulları, elektrik enerji və kömür sahələrində birja satışında qayda-qanunun yaradılması. Beləliklə, Prezident rəqabətin qorunması və inkişafı üzrə güclü və müstəqil qurumun yaradılmasının vacibliyini vurğuılayıb.

— Pul-kredit siyasəti üzrə komitənin yaradılması.Xüsusilə, kredit təşkilatların məsuliyyətinin artırılması sahəsində əlavə tədbirlər, eyni zamanda, kreditlərin differensiasiyası və maksimal həddinin aşağı salınması tədbirləri görüləcək. Prezident bu işi Milli Banka və Maliyyə Nəzarəti Agentliyinə tapşırıb.

“Maliyyə sektorunda istehlak seqmentinin və biznesin kreditləşməsində disbalans neqativ amil kimi qalmaqdadır. Ciddi sosial fəsadlara gətirib çıxara biləcək istehlakçıların dayanmadan və bəzən məsuliyyətsiz kreditləşməsini normativ şəkildə tənzimləmək lazımdır.

Ölkənin qənaətbəxş olmayan maliyyə savadlığı kredit məhsulların zorla təklif edilməsinə səbəb olmamalıdır. Bu il, mənim göstərişimlə, qanunverici və normativ baza dəyişilib, borc alanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı tələblər sərtləşdirilib”, – deyə, Kasım-Jomart Tokayev bildirib.

 — Pensiya yığımların istifadəsi. Yeni 2021-ci ildə VMPF-in 700 min əmanətçisi ev alınması, maliyyə şirkətlərə idarə edilməsi üçün verilməsi və ya müalicə üçün yığımların bir qismindən istifadə edə bilərlər. Prezidentin tapşırığına əsasən Hökumət Milli Bankla birgə cari lin sonuna qədər tələb olunan normativ-hüquqi aktları qəbul edəcək və hazırlıq islahatını aparacaq.

— KOB sahibləri üçün əlavə yardım tədbirləri:

  1. İqtisadiyyatının zərər almış sektorlarındakı KOB-un bütün cari kreditləri üzrə illik 6%-ə qədər dövlət subsidiyalarının təmin edilməsi. Subsidiyalaşma, ölkədə fövqəladə vəziyyətinin elan edilməsi gündən – cari ilin 16 martdan – etibarən 12 ay müddətini əhatə edəcək.
  2. Milli Bankın 2021-ci ilin sonuna qədər ən çox zərər almış sektorlarındakı KOB-lar üçün dövriyyə vəsaitlərin artırılması üzrə xüsusi proqramının uzadılması.
  3. Dövlət orqanlarına və kvazi-dövlətə məxsus daşınmaz əmlak obyektləri üzrə cari ilin sonuna qədər KOB sahibləri üçün icarə haqqların hesablanmasının dayandırılması.

— Uşaqların kiberbulinqdən qorunmasının təmin edilməsi. Prezident vurğulayıb ki, internetdə lağa qoyulmasından ilk növbədə ən müdafiəsiz olan uşaqlar əziyyət çəkirlər.

— Qazaxıstanlılara onlayn-petisiya vasitəsilə rəsmi şəkildə islahatların təşəbbüskarı kimi çıxış etməyə imkanın yaradılması. Dövlət başçısının tapşırığına əsasən, onlayn petisiyaların leqitiv institutu yaradılacaq. Bu, qazaxıstanlılara birbaşa islahatların və təkliflərin təşəbbüskarı olmağa imkan yaradacaq.

“Vətəndaşlar lokal problemlərin həllini mərkəzi hakimiyyətdən tələb etməyə məcburdurlar. Yerli rəhbərlərə daha çox imkanları və məsuliyyət yaratmağın vaxtı gəlib. Sosial şəbəkələr sayəsində, yerlərdə həlli tapmayan məsələlər bütün ölkəyə məlum olur.

Vətəndaşların onlayn-petisiya vasitəsilə rəsmi şəkildə islahatların təşəbbüskarı kimi çıxış etməyə imkanı yaratmaq lazımdır. Bu cür mexanizm hər hansı bir manipulyasilardan azad olmalıdır, – deyə, Prezident vurğulayıb.

— Pedofillərə qarşı mövcud olan cəzaların sərtləşdirilməsi. Əfv və vaxtından əvvəl azadlığa çıxmağın imkanı olmadan. “Sosial, hüquq-mühafizə orqanları tərəfindən fəaliyyətsizlik və məsuliyyətsizlik ciddi şəkildə cərimə olunacaq”, – deyə, Tokayev bildirib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri