28 Sentyabr 2020 21:57

Putin ilk dəfə üzr istədi – Zaxarovanın “ayıb” postuna görə…/Foto

Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya nümayəndə heyətinin Vaşinqtona səfərini “Əsas instinkt” adlı erotik filmindəki məşhur səhnə ilə illüstrasiya edən postuna görə Serbiya Prezidenti Aleksandr Vuçuçdən üzr istəyib.

“RİA-Novosti” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç özü məlumat verib.

V.Putin və A.Vuçiç arasında telefon danışığı sentyabrın 10-da baş tutub. Daha əvvəl Serbiya Prezidenti S.Lavrovla telefon danışığı aparıb.

“Bizim prezident Putinlə əla söhbətimiz oldu. Unutmayın ki, mən Rusiya Prezidenti ilə tez-tez məsləhətləşmələr aparıram. Düşünürəm ki, siz Mariya Zaxarovanın kobud postundan sonra Rusiyanın reaksiyası əsasında Rusiya dövlətinin şəxsən mənə və Serbiyaya hörmətinin nə dərəcədə olduğunu görə bilərsiniz”, – deyə Vuçiç cümə axşamı milli televiziyanın efirində bildirib.

“Prezident Putin və Sergey Lavrov mənə qədər heç vaxt heç nəyə görə heç kimdən üzr istəməyib. Ancaq buna görə (Zaxarovanın postunu nəzərdə tutulur) hər ikisi bunu etdi. Bununla yanaşı mən tərbiyəli bir insan olaraq bunu heç vaxt xatırlatmazdım. Düşünürəm ki, bizim yaxşı münasibətlərimiz var və bu, mənim üçün keçici və əhəmiyyətsiz bir insidentdir”, – deyə Serbiya Prezidenti qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Vuçiçdən üzr istədiyini təsdiqləyib. “Bəli. Bu, belədir”, – deyə Peskov “RİA Novosti”yə deyib.

Sentyabrın 4-də Serbiya Prezidenti Ağ Evdə Donald Trampla görüşüb. Mariya Zaxarova bu görüşdən çəkilən fotolardan birini özünün Feysbuk səhifəsində şərh edib. O, Vuçiçlə Trampın fotosunu “Əsas instinkt” filmindəki kadrla birgə yerləşdirərək Ağ Evdəki danışıqları istintaq dindirməsinə bənzədib.

“Əgər sizi Ağ Evə çağırdılarsa və stulu siz istintaq dindirməsində imişsiniz kimi qoyublarsa, #2 nömrəli fotodakı kimi oturun”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü yazmışdı.

Bu post Serbiya rəsmilərinin kəskin tənqidlərinə səbəb olub. Daha sonra Zaxarova özü üzr istəyib və paylaşımının səhv yozulduğunu söyləyib. “Mənim demək istədiyim yeganə şey “müstəsna” (ABŞ-ı nəzərdə tutur) tərəfindən onun təkəbbürlü münasibətinin rədd edilməsi idi”, – o qeyd edib. (teleqraf.com)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri