28 Sentyabr 2020 21:25

Nikol bura 2 milyon erməni köçürmək istəyir – Video

Azərbaycan Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə beynəlxalq ictimaiyyətin, o cümlədən Minsk Qrupunun həmsədrlərinin diqqətini cəlb etməlidir. Rəsmi Bakı açıq şəkildə bəyan etməlidir ki, işğalçı ölkə bu addımlarından çəkinməsə, regionda hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək.

Turkustan.info Real TV-yə istinadən xəbər verir ki, bunu millət vəkili Rasim Musabəyov deyib.

O, Azərbaycanın Qarabağda qanunsuz məskunlaşdırmanın qarşısını hərbi yolla almaq hüququnun olduğunu bildirib:

“Azərbaycanı müharibəyə təşviq edən Paşinyanın mənfur köç siyasəti isə 20-25 illik bir dövr üçün nəzərdə tutulub. Onlar bu zaman kəsiyində Ermənistana 2 milyon erməni köçürmək niyyətindədirlər. Halbuki reallıqda Ermənistanda depopulyasiya müşahidə olunur. Yəni nə təbii artım, nə də miqrasiya balansı müsbət deyil. Həm Ermənistanın, həm də Dağlıq Qarabağın əhalisi müstəqillik dövründə artmaq əvəzinə azalıb.

Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti müharibə cinayətidir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri