24 Yanvar 2021 15:53

“Qurdlar vadisi”nin başlayacağı tarix açıqlandı

Türkiyənin məşhur seriallarından biri “Qurdlar vadisi”nin başlayacağı tarix məlum məlum olub.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, serialın baş qəhrəmanlarından birini canlandıran aktyor Cahid Kayaoğlu öz Feysbuk səhifəsində “Qurdlar vadisi”nin 2021-ci ilin sentyabr ayından etibarən yenidən başlayacağını açıqlayıb.

Qeyd edək ki, “Qurdlar vadisi” Türkiyədə ən uzunömürlü seriallardan biridir. 13 illik yayımın ardından 2016-cı ildə çəkilişləri dayandırılmışdı.  /Modern.az/

Paylaş: