22 Sentyabr 2020 18:45

Azərbaycanda virusun ikinci dalğası gözlənilir? – “Payızda…”

Payızda koronavirusun ikinci dalğasının başlayacağı ilə bağlı proqnozlar, deyəsən, yavaş-yavaş özünü doğruldur. Belə ki, ABŞ və Hindistan kimi ölkələrdə artıq günlük yoluxma sayı 100 min civarında qeydə alınır. Nəinki belə nəhəng ölkələrdə, hətta kiçik dövlətlərdə də yoluxma sayında artım müşahidə edilir. Ötən gün isə Azərbaycanda yoluxanların sayı sağalanların sayını üstələyib.

Məsələyə ilə bağlı Yenisabah.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, əslində, bu, ikinci dalğa deyil. Dalğa o zaman demək olar ki, virus tamamilə bitsin və təzədən başlasın:

“Virus heç bitməyib axı… Sadəcə, burada azalma və çoxalmadan söhbət gedir. Bir müddət yoluxma sayı azalır, sonra təkrar artmağa başlayır. Bəzən cavan adamlarda yoluxma öz-özünə olur və keçir, heç ona əhəmiyyət də vermirlər. Amma bəzən də kimlərdəsə yoluxma və yoluxdurma qabiliyyəti yüksək olur, bu zaman cəmiyyətdə müəyyən konsentrasiya toplanır və buna da “dalğa gəldi”,- deyirlər. Əslində, bu eyni bir prosesin parçasıdır”.

Həkim qeyd edib ki, virusun dərmanı və vaksini tapılmayınca xəstəliyi tamamilə aradan qaldırmaq mümkün olmayacaq:

“Çünki inkubasiya dövründə kimdə nə olduğu bilinmir və yoluxan şəxs vəziyyəti bilənədək başqalarını da yoluxdurur. Bu nöqteyi-nəzərdən, gərək, virusun dərmanı tapılsın ki, tam arxayın nöqtə qoyulduğunu deyə bilək”.

Hindistanın Serum İnstitutunun dünyadakı hər kəsə yetəcək qədər peyvəndin ən tez 2024-cü ilin sonunda hazır olacağını açıqlaması məsələsinə gəldikdə isə mütəxəssis bildirib ki, əslində, prosesin 2024-cü ilədək çəkməsi yaxşı nəticədir:

“Çünki təsəvvür edin ki, bütün dünyada bu prosesin qurtarması nə qədər vaxt alar. Amerikada yaxın zamanda vaksin hazırlanacaq. Amma görək, bunu hansı dövlətlər alacaq, hansılar ala bilməyəcək, nə kimi maneələr yaranacaq? Bütün bunları nəzərə aldıqda prosesin tam başa çatmasının bir qədər vaxt alacağını görürük. Hindistanın bu tarixi verməsi normaldır. Çünki elə Hindistanla Çinin əhalisinin sayı o qədər çoxdur ki, orada vaksinin alınması özü böyük pul tələb edəcək, maddi vəziyyət mühüm rol oynayacaq”.

Həmsöhbətimiz hesab edir ki, ölkəmizdə qaydaların əvvəlki qədər güclü sərtləşdirilməsi prosesi olmayacaq:

“Çünki artıq koronavirusla bağlı bütün ölkələrdə müəyyən qədər təcrübə əldə olunub. Bütün bu müddət ərzində aparılan təcrübələr göstərdi ki, maskadan ciddi şəkildə istifadə etdikdə virusun yayılması kəskin şəkildə azalır. Sadəcə  təzə-təzə bütün dünyada biraz panika yarandı ki, insanlar qırılacaq. Bu səbəblə bütün nəqliyyat dayandırıldı, ölkələrarası əlaqə kəsildi. Amma mən güman edirəm ki, maskadan düzgün istifadə olunsa, koronavirusun istənilən variantında ölkələr arasında əlaqələrin aparılmasında maneə yaratmağa ehtiyac olmayacaq”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri