22 Sentyabr 2020 17:14

Tatarıstan Prezidenti “Traxtur”un qələbəsini təbrik etdi – TƏBRİZƏ MƏKTUB

Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Təbrizin “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zunuziyə mesaj göndərərək, onu “Traxtur” komandasının Tehranın “İstiqlal” komandası üzərində qələbə qazanaraq İran kubokunun sahibi olması münasibətilə təbrik edib.

Bu barədə Təbrizin “Traxtur” futbol klubunun rəsmi saytı məlumat yayıb.

Məhəmmədrza Zunuzi ilə yaxın dostluq münasibətjləri olan Tatarıstan prezidenti ona ünvanladığı təbrik mesajında onun “Traxtur” futbol klubuna rəhbərliyini yüksək qiymətləndirdiyini bildirib: “Traxtur” klubunun oyunçuları, məşqçiləri və digər işçiləri nəinki sizin klubunuza ən böyük şərəf və iftixar qazandılar, hətta həyəcanlı bir oyun da sərgilədilər. Bu isə “Traxtur”un çılğın tərəfdarlarının sevinci ilə qarşılandı.

Ən böyük şərəf isə Zati-alinizə məxsusdur. Çünki ölkədə nüfuzlu, etibarlı və hörmətə layiq bir komandanın yaranmasında sizin göstərdiyiniz əzmkarlıq və fədakarlığınız səbəb oldu ki, bu gün siz “Traxtur”un saysız azarkeşləri ilə birlikdə futbolçularınızın bu qələbəsi ilə fəxr edəsiniz.

Sizə möhkəm cansağlığı arzu edir, “Traxtur” komandasına isə qarşıdakı İran kuboklarında və beynəlxalq yarışlarda daha çox və böyük uğurlar diləyirəm” –deyə, Tatarıstan prezidenti Rüstəm Minnixanov Təbrizin “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zunuziyə göndərdiyi təbrik mesajında qeyd olunur.

Qeyd edək ki, Tatarıstan Respublikası Rusiya Federasiyasının ən mühüm muxtar türk respublikalarından biri sayılır. Tatarıstan Respublikası əhalisinin 70 faizindən çoxunu tatar türkləri təşkil edir. Tatarlar isə “Traxtur” futbol komandasını çox sevirlər.

4 milyondan çox əhalisi olan Tatarıstan Respublikasının paytaxtı tarixi Kazan (Qazan) şəhəridir. Kazan şəhəri türk dünyasının ən mühüm iqtisadi, siyasi, mədəni, sənaye və tarixi şəhərlərindən biri sayılır. Bu şəhər 1552-ci ildə ruslar tərəfindən işğal edildi və yerli tatarların çoxu işğal əsnasında öldürüldüyü və ya sürgünə göndərildi.

Kazanla Təbriz bir-biri ilə bacı şəhərlərdir. Məhz həmin səbəbə görə də, 2017-ci ildə Kazanda “Təbriz parkı”, Təbrizdə isə “Kazan parkı” adı ilə iki parkın açılışı olub.

Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.

“Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri