25 Sentyabr 2020 20:08

Azərbaycan niyə özünü yağla təmin edə bilmir? – AÇIQLAMA

Azərbaycanda kərə yağı idxalı 38.9 faiz artıb. Belə ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 57 mln 917 min dolları dəyərində 11 min 702 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 277 ton çoxdur. 

İqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-aaçıqlamasında bildirib ki, biz heyvandarlığa dəstək vermirik, amma kənd təsərrüfatında digər sahələrə dəstək veririk:

“Məsələn, pambığı strateji məhsul elan elədik. Həmin dövr ərzində çox böyük əraziləri heyvandarlıqla məşğul olan insanların əlindən alıb oraya pambıq, tütün əkdik. Kənd təsərrüfatında son beş ildə heyvandarlığın payı sürətlə azalıb. Hazırda təkcə kərə yağı deyil, ət idxalı da çoxalıb”. 

Ekspert qeyd edib ki, idxalın artmasına səbəb ölkədə kənd təsərrüfatına yönəlik siyasətin daxili və xarici çağırışlara uyğun qurulmamasıdır:

“Biz pambıqla heyvandarlığı müqayisə edirik. Düşünək, görək, pambıq bizə strateji məhsul kimi nə qədər vacibdir? Pambıq bizə valyuta gətirə bilər, amma bizim pambıqdan daha çox valyuta gətirə bilən digər sahələrimiz var. Məsələn, neft sahəsi var. Amma o neft sahəsi ölkə əhalisini kənd təsərrüfatı məhsullarıyla təmin edə bilmir. Daha doğrusu, təmin edə bilir, amma bu, idxal hesabına mümkün olur. Ölkə artıq iqtisadi baxımdan bir tərəfdən xarici ölkələrdən asılı vəziyyətə düşür, digər tərəfdən ölkənin şəhər əhalisi öz fermerlərinin investoruna çevrilməkdənsə, xarici ölkələrin fermerlərinin investoruna çevrilir. Biz hansı fermerin məhsuluna üstünlük verib alırıqsa, onun investoruna çevrilirik. Paytaxtda əhalinin böyük hissəsi Yeni Zelandiya yağına üstünlük verir. Bu, populyar kərə yağıdır. Deməli, biz bütünlüklə Yeni Zelandiyanın kənd təsərrüfatına vəsait qoyuruq. Amma biz bu vəsaiti öz fermerlərimizə qoya bilərik. Həm bu sahə üzrə ölkə iqtisadiyyatını xarici asılılıqdan azad edərik, həm də öz fermerimizə investisiya qoyub onun inkişafına səbəb ola bilərik. Bunun üçün makroiqtisadi səviyyədə hökumətin müəyyən tədbirlər görməsi lazımdır. Biz fermerlərə dəstək verməliyik. Strateji məhsul elan edəndə bu məhsulun hansı vacib tələblərə cavab verdiyinə baxmalıyıq”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan pambıq istehsalı üçün əlverişli ölkə deyil:

“Pambığın torpağın məhsuldarlığına zərər verməsini müəyyən qədər aradan qaldırmaq olar. Kənd təsərrüfatında növbəli əkin deyilən bir anlayış var. Bunun nəticəsində zərəri aradan qaldırmaq olur. Amma məsələ burasındadır ki, pambıq istehsalı Azərbaycan üçün rentabelli sahə deyil. Bu gün Azərbaycanda istehsal edilən pambıq dünya bazarında ən aşağı qiymətə satılır. Ona görə də indi pambıq əkənlər zərər görür. Onların zərərini hökumət ödəyir. Dotasiyalarla, yardımlarla bu zərər ödənilir. İndi bir sual verən yoxdur ki, bu pambığın əkilməsinin və yaxud onun strateji məhsul elan edilməsinin səbəbi nədir? Bu gün əgər Azərbaycan pambığı strateji məhsuldursa, Azərbaycanda nə üçün trikotaj sənayesi inkişaf eləmir? Çünki bizim pambığımız trikotaj üçün ən keyfiyyətsiz məhsuldur. Mən onu araşdırmışam, hansı ölkədə ən yüksək lif çıxımına malik pambıq növü olan “gossypium barbadense” yetişmirsə, orada pambıq əkmək səmərəli sayılmır. Sözügedən növ Azərbaycanda heç Sovetin vaxtında yetişdirilə bilməyib. Onlar, əsasən, Orta Asiyada, Argentinada, Misirdə yetişir və həmin qurşaqlarda pambıq əkilməsi yüksək səmərəyə malikdir, yüksək məbləğdə gəlir gətirir. Amma bu, Azərbaycanda alınmır. Belə olan halda biz niyə təbiətlə tərsləşirik? Sovet hökuməti dönəmində geniş şəkildə pambıq əkilirdi və həmin pambıqlar burdan Özbəkistanın Fərqanə şəhərindəki lif emalı zavoduna yola salınırdı. Azərbaycan pambığı Fərqanə şəhərinin bir tərəfində böyük dağ yaratmışdı. Mən həmin pambıq dağlarını görmüşdüm. Mənə dedilər ki, Azərbaycan pambığıdır və heç bir işə yaramır. Sadəcə olaraq Sovet hökuməti əhalinin məşğul olması üçün bunu əkdirirdi. Neftimizi çıxarıb aparırdılar, onun yerinə də zərərlə bizə pambıq əkdirirdilər. 1980-ci illərdə artıq Fərqanə lif zavodu bizə təklif etdi ki, artıq biz oraya pambıq göndərməyək, onun dəyərində pul göndərək. Pambıq “pripiska”sı o vaxt başladı. Bizdə əməliyyat apardılar və o əməliyyatlar vaxtı xeyli adamın başı ağrıdı, taleyi söndü. Yəni demək istədiyim odur ki, Azərbaycan üçün pambıqdansa, həmin pambıq becərilən əraziləri heyvandarlığa versələr, daha faydalı olar. Bizim heyvandarlıq üzrə təcrübəmiz, münbit iqlimiz, geniş şəraitimiz var. Azərbaycanın kənd təsərrüfatında heyvandarlıq məhsullarına, o cümlədən də kərə yağına olan yerli tələbatın 80 faizinə qədərini yerli istehsal hesabına ödəyə bilərik. Lakin bu gün ən yaxşı halda Azərbaycanda yerli istehsal kənd təsərrüfatı məhsullarına olan tələbatın 50 faizini ödəyir. Bunu aradan qaldırmaq üçün kənd təsərrüfatına çağırışlara cavab verən dövlət proqramı tərtib olunmalı və o, həyata keçirilməlidir”.

Azərbaycan niyə özünü yağla təmin edə bilmir?  - AÇIQLAMA

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri