25 Sentyabr 2020 21:37

İcra başçılarının “mən korrupsionerəm” işarəsini verən villaları…

Sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun öz villasının ətrafına yaşıllıq salmaq üçün məktəbə gedən yolun səkisini zəbt etdiyinə dair video yayılıb. Videogörüntüdən aydın olur ki, 96 saylı Tərtər Peşə Liseyinin yaxınlığında tikilən dəbdəbəli villanın hasarının kənarlarında ağaclar əkilir və yaşıllıq salınır. Bu zaman avtomobil yolunun kənarındakı səki tamamən zəbt olunur və uşaqların məktəbə getməsi üçün yer saxlanmır. Bu isə liseydə oxuyan uşaqların həyatına təhlükə yaratmaqdır.

Qeyd edək ki, M.Məmmədov 2014-cü ildən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu müddət ərzində onun rayonda biznes obyektlərinə, torpaq sahələrinə sahib olmasına dair dəfələrlə məlumatlar yayılıb. Heç kimə sirr deyil ki, yalnız Tərtərdə deyil, əksər rayonlarda icra başçıları rəhbəri olduqları rayonda böyük torpaq sahələrini ələ keçirir, çoxsaylı biznes obyektlərinə sahiblənirlər. Həbs olunan icra başçılarının aşkarlanan belə fəaliyyətləri əslində aşağı-yuxarı bütün rayonlarda eynidir. Tərtərdəki fakt isə icra başçısının rayon mərkəzində dəbdəbəli villa tikdirdiyini göstərir. Bu isə külli miqdara vəsait tələb edən bir prosesdir. İcra başçısının qanuni gəlirləri hesabına belə bahalı villa tikdirməsi, əlbəttə, qeyri-mümkündür.

Qeyd edək ki, sovet dövründə rayon rəhbərlərinin belə dəbdəbəli evlər, biznes obyektləri əldə etməsi demək olar ki, mümkün deyildi. Rəhbər şəxslərin əmlakı ciddi nəzarətdə saxlanılırdı. İndi isə rayonlarda icra başçıları özlərini padşah kimi apararaq, bahalı avtomobillər, evlər, mülklər əldə edirlər, oliqarxlaşırlar. Azərbaycan qanunvericiliyində bunun qarşısını alan, məmurların bahalı mülklərə sahiblənməsini qadağan edən müddəalar varmı?

Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, Azərbaycanda məmurun əmlakının haradan əldə olunmasını soruşmaq qanunla qadağandır: “Bu qanun 1993-cü ilin 15 yanvarında qəbul olunmuş ”Varidata təminatın verilməsi haqqında” Konstitusiya qanunudur. Cəmi 4 maddədən ibarət olan qanunda göstərilir ki, “Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər”. 

Qanunun 3-cü maddəsində deyilir ki, “Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir”. 

Azərbaycan qanunvericiliyində harada yazılıb ki, əmlak müsadirə oluna bilər? Yalnız cinayət törədən şəxsin əmlakı müsadirə oluna bilər. Başqa cür dövlət vətəndaşın əmlakını necə özgəninkiləşdirə bilər?  – Heç cür. 

Adını çəkdiyim qanun öz dövrü üçün çox vacib idi –  SSRİ dağılmışdı, dövlətin maliyyəsi yox idi. Ölkədə bazar iqtisadiyyatına keçid dövrü başlanırdı. Sovet dövründə qeyri-qanuni yollarla irihəcmli var-dövlət əldə edən xeyli sayda insanlar vardı. Qanun həmin şəxslərin vəsaitlərini ölkə iqtisadiyyatına yatırmasına şərait yaratmaq üçün qəbul edilmişdi. İndi isə 1993-cü ildə qəbul edilmiş o qanun qanunsuz var-dövlət əldə edənlərin mühafizəsinə şərait yaradır. Buna görə də onun ləğv olunması, yaxud tamamilə yenilənməsi lazımdır”.

Hüquqşünas deyir ki, müstəqillik dövründə məmurların yol verdiyi korrupsiya sovet dövründəkindən qat-qat yüksək məbləğləri əhatə edir: “Ölkəyə yüz milyardlarla dollar vəsait gələndən sonra o qanun ləğv olunmalı, korrupsiyaya yol verən məmurların  ən ciddi formada cəzalandırılmasını nəzərdə tutan qanunvericilik qəbul edilməliydi. Biz xeyli gecikmişik. Çoxdan ölkədə məmurların öz gəlirləri barədə deklarasiya vermələrini məcburi edən qanun işləməli idi. Aydın məsələdir ki, heç bir icra başçısının qanuni gəlirləri elə bahalı villa, avtomobil əldə etməsinə imkan vermir. Məmur var ki, əynindəki kostyum onun bir illik əmək haqqı qiymətinədir. Düzdür, Azərbaycanda dövlət məmurunun biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin bu qadağanın pozulması adi həyat normasına çevrilib. Buna görə də tamamilə yeni və təsirli, icrasına ciddi nəzarət olunacaq qanunvericilik yaradılmalıdır. 

Azərbaycan kimi ölkə korrupsiya və maraqlar konflikti məsələsində Qərb ölkələrindən daha sərt qanunlara malik olmalıdır. Çünki Qərbdə heç kəsin ağlına da gəlməz ki, öz əmlakını hansısa qohumunun, dostunun adına yazdırsın. Yaxud qohumu, dostu vasitəsilə biznes fəaliyyəti ilə məşğul olsun. Qərbdə qohumlar, dostlar arasında belə etimad yoxdur. Azərbaycanda isə qohumluq əlaqələri güclüdür, qohumlar, dostlar arasında etimad var. Buna görə də bizdə bütün əhalinin gəlir bəyannaməsi təqdim etməsi sistemi yaradılmalıdır. Bu zaman hansısa məmurun qohumu, dostu cüzi gəlirlərə malik olmasına rəğmən, on yerdə villasının olmasına dair bəyannamə verməli olacaq deyə, belə əməliyyata risk etməyəcək”.

Ə.Həsənovun sözlərinə görə, icra başçısı həbs olunarsa, “Varidata təminat haqqında” Qanuna istinadla özünü müdafiə edə bilər: “Deyəcək, sübut edin ki, mən villanı korrupsiya yolu ilə əldə etdiyim pulla tikdirmişəm. Bu zaman onun korrupsioner olduğuna əmin olsaq belə, qanuni yolla bunu isbat edə bilməyəcəyik. Çünki belə əsas yaradan gəlir bəyannaməsini heç kim təqdim etmir”.   /Musavat.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri