27 Oktyabr 2020 15:51

Mirzə Ələkbər Sabirin dünyagörüşündə azərbaycançılıq və beynəlmiləlçiliyin sintezi

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

I Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olmuş, 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində S.Ə.Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxaraq Türküstana, oradan da Qacarlara getmiş, qısa bir zamanda Nişapur, Səmərqənd, Buxara, Məşhəd, Xorasan şəhərlərində olmuşdur.

Quzey Azərbaycana qayıtdıqdan sonra Bakı quberniyası Sünni məclisinin sədri, eyni zaman­da Cümə məscidinin baş imamı olmuş Sabir 1901-ci ildə A.Səhhət və Şamaxı­nın digər ziyalıları ilə kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub müzakirə etmişlər. 1900-cü illərdə Sabirin şeirləri əvvəlcə “Şərqi-Rus”, daha sonra  “Həyat”, “İrşad” qəzetlərində və “Molla Nəsərəddin” jurnalında nəşr olunmuşdur.

1907-ci ildə mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcı­lığını daha müntəzəm davam etdirmək üçün Bakıya gələn Sabir bir müddət “İrşad” redaksiyasında korrektor işləmiş və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşmışdır. 1908-ci il aprelində Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayda Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən “Ana dili” və “Şəriət” müəllimi diplomu almışdır. 1908-ci ilin sentyabrında Sabir Şamaxıda “Ümid” məktəbini açmağa müvəffəq olmuşdur.

1910-cu ilin əvvəllərində Sabir yenidən Bakıya işləməyə gələrək əvvəlcə “Zənbur” da çalışmış, az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs demişdir. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrin açdıqları “Nur” kitabxanasının fəal üzvü olub. Eyni zamanda, o, Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyib.  1910-cu ilin axırlarında ağır şəkildə xəstələnən Sabir 1911-ci ilin iyulunda vəfat etmiş və  Şamaxıda “Yeddi Guşə”də dəfn olunmuşdur.

Onun ictimai-siyasi görüşlərində islamiyyət və onun yeniləşməsi, türkçülük və milli özünüdərk məsələsi, insanlıq və insanlığın bəşəri (benəlmiləlçilik) mahiyyəti mühüm yer tutmuşdur.

Öncə, Sabirin islamiyyətə və onun yeniləşməsi ilə bağlı yazdığı əsərlərinə diqqət yetirək. Bəri başdan qeyd etməliyik ki, Sabir islam dinini dərindən bilən, ona bağlı olan bir mütəfəkkirimiz olub. Biz bunu şairin Məhəmməd peyğəmbərə, İmam Hüseynə aid yazdığı bir çox şeirlərində görürük.

Məsələn, o, peyğəmbərə həsr etdiyi “Eydi-Movludi-Nəbi” şeirində onun dünyaya gəlişini və islam dinini təbliğ etməyə başlamasını dünyanın nicatı kimi qələmə vermişdir. Sabir yazırdı:

Aləmə zahir olub mərhəməti-xaliqi-küll,

Aşikar oldu bu gün batini-Qurani-müdill,

Doldu afaqə səfa, oldu cəhan güləşəni-gül,

Mülki-dünyayə qədəm basdı o hadiyyi-sübül…

 

Çöhreyi-hur işıqlandı cəmalinə görə,

Taqi-Kəsra yıkılıb taqi-hilalinə görə,

Qızarıb rəngi-şəfəq arizi-alinmə görə,

Bəzənib cənnəti-firdövs visalinə-görə…[1]

 

 

Peyğəmbərlə yanaşı, İmam Hüseynin (ə) şəhadət yolunun da dərindən öyrənilməsinin tərəfdarı olan Sabir “Növhə” adlı şeirində göstərməyə çalışırdı ki, əslində insanlıq tarixində həmişə belə faciləi hadisələr olmuşdur. Ona görə insanlar bu kimi faciələrdən əəsasən nəticə çıxarmamışlar və indi də çıxarmaq istəmirlər. O, yazırdı:

Ərseyi-aləmin yenə vəzi bəlalı görsənir!

Yoxsa səbati-aləmin hiyni-zəvali görsənir!

 

Ayineyicəhanda bir surətiqəm nümalənir,

VəqeyiNuhdur məgər kim yenə ibtidalənir?

Yoxsa sininialəmin günləri intihalənir,

Ya ki, məhiməhərrəmin tazə hilali görsənir! [2]

Sabirə görə, İmam Hüseyn (ə) apardığı mübarizənin mahiy­yətini və məqsədini bildiyi üçün, onu bu yoldan heç bir kimsə döndərə bilməmişdir. Yəni İmam Hüseyn (ə) kufəlilərin onu Kufəyə hansı məqsədlə dəvət etdiyini də, sonralar onların əksəriyyətinin öz dəvət­lərinə sona qədər sadiq qalmayacaqlarından xəbərdar olmuşdur. Bütün bunlara baxmayaraq, İmam Hüseyn (ə) islam və dünya tarixinə bir nümunə göstərərək şəhadət yoluna davam etmişdir. Sabir yazırdı:

Ay açılan səbahiqəm, şam ol, açılma bir zəman!

Yəsribü Məkkə sərəvərin salma bəlayə ələman!

Gərçi İraqə cəlb edir mirihicazi kufiyan,

Leyk  bu yolda onların özgə xəyali görsənir!..

 

Çəkmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri,

Çəkmə diyari-qürbətdə bu vətən aşinələri,

Düz deyil əhlit-kufənin əhdləri, vəfaləri,

Əhd şikəndir aqibət, gərçi vəfali görsənir! [3]

Şair-mütəfəkkirin fikrincə, heç bir şeydən çəkinmədən şəhadət yoluna davam edən İmam Hüseyn (ə) və onun məsləkdaşları İslam dininin, bütün müsəlmanların şəhidləridir.

“Növheyi-milli” şerində isə Sabir yazırdı ki, Quran müsəlman xalqları arasında bir ittihad olurkən, Peyğəmbər Quran vasitəsilə birlik yaradarkən, yenə də müsəlmanlar arasında nifaq toxumu səpənlər olmuşdur. Halbuki islam yarandığı gündən insanları qardaşlığa, barışa, müasirləşməyə, elmə və təhsilə səsləmişdir. Bununla da ilk dövrlərdə islam birlik, qardaşlıq sülh dini olub bütün dünyada özünə mühüm yer tutmuşdur. O, yazırdı:

Təbliğə başladı çün peyğəmbəri-nikunəm,

Əmri-rəsalətində ancaq gətirdi islam,

Bir dini, bir xudanı islama qıldı elam,

Ta bir tifaqə dair olsun vifaqi-millət!

 

Əshabi-pakı oldu xidmətgüzarı-islam,

Dutdu cəhanı ceyşi-züliqtidari-islam,

Çünki təməddün idi ümdə şüarı-islam.

Qazandı övci-ərşə taqi-rəvaqi-millət!

Ancaq çox keçmədi ki, Yezid ibn Müaviyə kimiləri tapıldı ki, müsəl­man xalqları arasında nifaqa səbəb oldular. İmam Hüseyn (ə) isə islam birliyi, müsəlman qardaşlığı naminə ona qarşı çıxaraq, onu parçalayanlara qarşı mübarizə aparmağa başladı. Ancaq İslam daxilindəki bu ziddiyyətlər heç də Yezidlə İmam Hüseyn arasındakı nifaqla bitmədi və sonralar da davam etdi. Sabir yazırdı:

Nəşr etdilər şüari-islamı hər diyarə,

Bilittifaq olundu xidmət bu intişarə,

Bilməm kim etdi axir islamı parə-parə,

Xalq oldu firqə-firqə, döndü məzaqi-millət!

 

Kim xidmət etdi, ey dil, islamə, ittihadə?

Kim keçdi başü candan bu məsləkivəfadə?

MəzlumiKərbalanı gör, dəştiNeynavədə,

Xiyuşi təbarın etdi bəzlitifaqimillət!

 

Sabir! Hüseynə pyerəv olmaq gərək və illa,

Mən müsliməm deməklə, yetməz sübutə dəva,

Bax, gör nə şövqilə baş verdi əzizi-Zəhra,

Olsa, nolur bu yolda həm iştiyaqimillət! [4]

Qeyd edək ki, Sabir digər şeirlərində də vaxtilə İslam dini daxilində baş vermiş ziddiyyətləri təhlil etməyə çalışmışdır.

Sabir hesab edirdi ki, hazırda da müsəlman xalqları arasında birliyinin olmamasının kökləri əvvəllər baş vermiş ziddiyyətlərə gedib çıxır. Onun fikrincə, müsəlmanlar nə vaxta qədər öz aralarındakı bu ziddiyyətlərdən, nifaqlardan qurtulmayıb islamiyyətin tərəqqisi də çətin olacaq. Başqa sözlə, islamiyyətin tərəqqisinə nail olmaq üçün, ilk növbədə öz daxilimizdə birlik yaradıb, həqiqətən bu yolda mübarizə etməli və onun yeniləşməsinə çalımalıyıq. O, “Qeyrət” (1906, “İrşad qəz.”) adlı kiçik bir məqaləsində yazırdı ki, indi bütün islam qəzetləri və onun yazarları da islamiyyətin yeniləşməsi və tərəqqisi iddiasındadırlar: “Zənni-acizanəmə görə bunca tərğib təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlə qeyrəti-islam və namusu-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət mülahizə oluna bilər. Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni məğlub bir surətdə əncamə irişdirməkdən ötrü şüari-islamiyyəmizin intişarına qeyrət və qeyrəti-milliyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqiyi-islam olmuş olsun və illa əksi surətdə edilən tərəqqiyə islam tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabüd olmağına aşkar bir səbəbə olduğu həqiqətdən kənar deyil zənn ediyorum…”. [5]

Deməli, Sabirə görə islamın irzi də, millətin qeyrəti də ancaq islamiyət daxilində qorunub inkişaf edə bilərdi. Eyni zamanda, o, islamiyyət xarcində də islamiyyətin və millətin inkişafını görmürdü. Ancaq o, bütün bunlarla yanaşı, yəni islamiyyətdən kənarda islamın və millətin nicatını görməmklə bərabər dünyəvi elmlərin və əcənəbilərə aid texnologiyaların öyrənilməsini də vacib saymışdır. O, yazırdı: “Pəs boylə olan surətdə şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əxz və nəvahini tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb” (“kişi ki, qürurlanmadı, demək, qəlbi sınıqdır”) məzmununca qeyrətsizlikdən mənkusəl-qəlb olmağa tənəzzül etməyib, zəminində dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməliyiz ki, həm dünya cəhətincə və həm axirət cəhətincə tərəqqi edib, məsud və bəxtiyar olaq”. [6]

Sabirin bu fikirləri açıq şəkildə göstərir ki, o müsəlman türklərinin inkişaf yollarından birini türklüyə dönüşü hesab etmişdirsə, digər yolu və bəlkə bir qədər də daha çox vacib olan yolu islamiyyətdə görmüşdür. Ona görə də, o, “Zəman nə istəyir? Amma biz…” (“Tazə həyat”, sentyabr 1907) məqaləsində açıq şəkildə yazırdı ki, müsəlmanlar, o cümlədən müsəlman türklər də ya zamanla ayaqlaşmalıdırlar, ya da onları istiqbalda yaxşı heç nə gözləmir. Onun fikrincə, zamanla ayaqlaşmaq və tərəqqi etmək yolunda isə ən ağır yük üç sinif (uşaqlar, cavanlar, qocalar) arasında cavanların payına düşür. O, yazırdı: “Amma hansı cavanlar? Burası böyük sualdır. Cavabına iczimi etiraf ilə bunu deyə bilərəm ki, o cəvanlar rahi-nicata, təriqi səadətə dəlil, hadi ola bilər ki, oxumuş olalar, ali mədərsələrdə təhsili-elm, təhsili-kəmalat etmiş olalar. Heyf ki, məətəəssüf bunu söyləyə bilərəm ki, millətimizin avam cəvanları çox-çoxdur. Millətdən, milliyyətdən bixəbər olanalrı daha çoxdur. Nə təəssüflü bir hal! Bundan daha böyük təəssüf olunacaq burasıdır ki, oxumuş cəvanlarımız dəxi əksəriyyət ilə ana dilindən, əqaidi-diniyyələrindən lazımınca xəbərdar ola bilməyiblər. əcəba, bu təqsir kimdədir, oxumuşlarımızdamı? Xeyr! Xeyr! Təqsir bizim məktəbsizliyimizdədir. Zira, üsuli-cədid üzrə təşkil olunmuş müntəzəm məktəblərimiz olmuş olseydi, məkatibi-ətiqin ömr zayeedici üsulundan qorxub, hələ ana dili bilməyən, əqaidi-diniyyəsindən xəbərdar olmayan övladlarımız, ümidi istiqlalımız olan övladlarımız xarici məktəblərə verilib, ilminskilər təlif edən risalələrə mötəqid olmaz idilər. Ey vah, nə qəmli halət, nə yaman rəzalət, aman Allah, bu girdablar bizi boğur, biz hələ qafil dururuq. Bu cəhalət bizi odlara yandırır, biz hələ bixəbər qalırıq”. [7]

 

[1] Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cildə. II cild. Bakı, 2004, s.59

[2] Yenə orada, s.66

[3] Yenə orada, s.66

[4] Yenə orada, s.56

[5] Yenə orada, s.191

[6] Yenə orada, s.191

[7] Yenə orada, s.205-206

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri