01 Oktyabr 2020 12:02

Komitədən Zeynəb Cavadlının aqibətinə MÜNASİBƏT: “Çətin və uzun proses olacaq”

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Səid Əl-Məktum ilə ailə quran Azərbaycanın tanınmış gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının bir neçə gün əvvəl Dubayda çıxılmaz vəziyyətdə qalması barədə instaqram hesabından müraciət yayılıb.

Son 9 ay ərzində fiziki və mənəvi istismara məruz qaldığını, təqib olunduğunu deyən Zeynəb Cavadlının uşaqları, valideynləri və özü artıq ölkəmizin Dubaydakı Baş Konsulluğu tərəfindən nəzarətə götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib:

“Zeynəb Cavadlının ailəsinin hüquqlarının müdafiəsi üçün Azərbaycan səfirliyi operativ addımlar atır. Biz də komitə olaraq məsələni nəzarətdə saxlayırıq və davamlı olaraq hadisələrin, görülən işlərin gedişatı ilə maraqlanırıq. Bilirik ki, Azərbaycanın və o ölkənin qanunları tamamilə fərqlidir. BƏƏ dünyəvi qanunlarla yanaşı, şəriət qanunları ilə idarə olunur. Odur ki, bu, çətin və uzun proses olacaq. Bununla belə bizim oradakı səfirliyimiz Zeynəb xanımın, uşaqlarının və valideynlərinin hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək. Biz də komitə olaraq səfirliklə əlaqə saxlayıb, görülən işlərin nəticəsini gündəmdə saxlayacağıq”.

Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il evlənib. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyükdür və bu, şeyxin 3-cü evliliyidir. (publika.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri