06 Dekabr 2020 05:09

“Qarabağ” – “Molde” cütünün rəqibi məlum oldu

EFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub edən Macarıstan “Ferentsvaroş”u pley-offa yüksəlib.

Budapeşt təmsilçisi növbəti mərhələdə “Qarabağ” – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun ilk matçları 22 – 23 sentyabr, cavab qarşılaşmaları idə 29 – 30 sentyabr tarixlərində olacaq.

Qeyd edək ki, hazırda davam edən “Qarabağ” – “Molde” matçında əsas vaxt qolsuz başa çatdığından, əlavə vaxt oynanılacaq.

“Ferentsvaroş”la yanaşı, evdə Belarus “Brest”inə 1:0 hesabı ilə qalib gələn İsrailin “Makkabi” (Təl-Əviv) klubu və Serbiya “Srvena Zvezda”sından üstün olan Kipr “Omoniya”sı da adını pley-offa yazdırıb.

Növbəti raundda Təl-Əviv təmsilçisi “Zaltsburq”la (Avstriya), “Omoniya” isə Yunanıstan
“Olimpiakos”u ilə oynayacaq.

Paylaş: