22 Oktyabr 2020 01:02

“Bir ay sonra dərslər dayandırıla bilər” – Həkim-terapevt açıqladı

“Yoluxma sayı Azərbaycanda da arta bilər. Amma hər şeyi bağlamaqla bu düzələ bilərmi? Yox, düzələ bilməz, olacaqsa olacaq. Necə ki, iyun-iyul ayında bizdə yoluxma sayı çox yüksək oldu”. 

Turkustan.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin həkim-terapevti Elnur Eldaroğlu deyib.

Həkim bildirib ki, karantin qaydalarına riayət etməklə, bundan sonra koronavirusla yaşaya-yaşaya da həyata davam edə bilərik:

“Avropada martda və aprelin ortalarında epidemioloji vəziyyət pis idi, bizdə yaxşı idi. Sonra onlarda yoluxma aşağı düşdü, bizdə yüksəldi. Mən heç bir sərtləşdirilmiş karantinin xəstəliyin azalması barədə nəticəsini görmürəm, görmədim də. Bu, tək bizdə deyil. Misal üçün, Macarıstanda heç bir restoran-filan bağlanmadı, Amerilkada bu qədər artım var, amma dərslər davam edir, bağlanmadı. Müəyyən şərtlərə riayət edərək hər bir şeyi nəzarətdə saxlamaq olar. Artıq insanlara da istər bizdə, istər dünyada bir dərs oldu ki, çox adamın yaxınlarından yoluxan, hətta dünyasın dəyişən belə oldu. İnsanlar artıq özlərinin sanitar-gigiyenik normalarına diqqət edirlər, mən bunu görürəm. Bunların hamısının çərçivəsində müəyyən şərtlər daxilində, bu şərtlərə nəzarət etməklə, elə bununla yaşaya-yaşaya davam edə bilərik. 

Sevinirəm ki, heç kəs gəlib mənimlə öpüşüb görüşmür, qucaqlamır məni

Əgər keçən il Çində 88 min qripdən dünyasın dəyişən olubsa, təkcə bu xəstəlikdən bu il 8-9 ayda haradasa 6 min xəstə dünyasın dəyişib. Onda belə çıxır ki, biz qripə görə də bundan sonra karantinlərə girməliyik? Vətəndaşlar artıq mart, aprel, mayın əvvəlləri karantin qaydalarını bir az yola verirdilər, amma indi çox ehtiyyatlı davranırlar. Mən sevinirəm ki, istər ad günümdə olsun, istər elmi ad aldığım üçün heç kəs gəlib mənimlə öpüşüb görüşmür, qucaqlamır məni. Artıq belə bir şey görmürəm, bu mənə xoş gəlir. Mənə bir çey də xoş gəlir, artıq fevraldan bu yana bir dənədə olsun qripli xəstə görmədim. Bu əslində yaxşı cəhətdir. İnsanlar onsuzda artıq bu vahimələrə görə qrip və pnevmakok peyvəndləri edəcəklər. Bu peyvəndləmə nə deməkdir? Nisbətən bu xəstəliyi ağır keçirdənlərdə orta keçirtmək və nisbətən immuniteti yaxşı olanların heç keçirtməmək şansı da var.

Bir ay sonra dərslər bağlana bilər

Mən düzü noyabr üçün nəsə gözləyirəm. Bunu amma heç bir tibbi açıqlaması yoxdur artıq. İllərin pandemiyalarına nəzər salsanız görərsiniz. Söz yox, tibbi indi o qədər inkişa edib ki, əvvəllər adi bir çiçək xəstəliyindən insanlar dərhal ölürdülərsə, indi çox ağırları dünyasın dəyişir, bunu nəzərə almağınız lazımdır. 

Mən uşağı məktəbə qoymadım. Dedim, onsuz da bağlayacaqlar. Düşünürəm ki, məktəblər yenidən bağlanacaq. Çox çəkməz, bir ay sonra dərslər dayandırıla bilər”. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri